AZƏRBAYCAN RESPUBLİKASININ KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ İLƏ ELMİN İNKİŞAFI FONDU ARASINDA ƏMƏKDAŞLIQ PROTOKOLU İMZALANIB

Böyütmək | Kiçiltmək |

 

AZƏRBAYCAN RESPUBLİKASININ KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ İLƏ ELMİN İNKİŞAFI FONDU ARASINDA ƏMƏKDAŞLIQ PROTOKOLU İMZALANIB
Mart ayının 6-sı kənd təsərrüfatı naziri Heydər Əsədov Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayevlə görüşüb.

Nazir qonağı səmimi salamlayaraq fondla əməkdaşlıqdan məmnunluğunu ifadə edib. Bildirib ki, Ölkə Prezidentinin müvafiq Sərəncamlarına uyğun olaraq çəltikçilik, çayçılıq və sitrus meyvəçiliyinin inkişafı sahəsində qəbul edilmiş Dövlət Proqramlarında aidiyyəti tədbirlərin həyata keçirilməsində Elmin İnkişafı Fondu icraçılardan biri kimi müəyyən edilmişdir.

AZƏRBAYCAN RESPUBLİKASININ KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ İLƏ ELMİN İNKİŞAFI FONDU ARASINDA ƏMƏKDAŞLIQ PROTOKOLU İMZALANIB
AZƏRBAYCAN RESPUBLİKASININ KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ İLƏ ELMİN İNKİŞAFI FONDU ARASINDA ƏMƏKDAŞLIQ PROTOKOLU İMZALANIB
Nazir son vaxtlar ölkə rəhbərliyi tərəfindən qəbul olunmuş Dövlət Proqramları, kənd təsərrüfatının ənənəvi sahələri, o cümlədən çətikçilik, çayçılıq, sitrus meyvəçiliyi, baramaçılıq üzrə tədqiqatların aparılmasını, yüksək ixtisaslı elmi kadrların hazırlanmasını, alimlərin, bacarıqlı gənc tədqiqatçıların, mütəxəsislərin aqrar elm sahəsində elmi fəaliyyətinin stimullaşdı- rılmasına birgə dəstək göstərilməsini məqsədəuyğun hesab edib.

Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev rəhbərlik etdiyi Fondun çoxşaxəli fəaliyyəti barədə məlumat verərək aqrar sahə üzrə tədqiqatların aparılması üçün Fond tərəfindən daim dəstək veriləcəyini diqqətə çatdırıb. Imzalanacaq Protokolun hüquqi müstəvidə aqrar sahədə tədqiqatlar üzrə əməkdaşlığın inkişafına öz töhfəsini verəcəyini bildirib. Növbəti mərhələdə Cənub və Gəncə-Qazax bölgələrində birgə konfrans və simpoziumların keçirilməsini məqsədəuyğun hesab edib.

Nazir Heydər Əsədov nazirliyin tabeliyində fəaliyyət göstərən Elmi-tədqiqat İnstitutlarına prioritet istiqamətləri müəyyənləşdirməklə elmi-tədqiqat proqramlarının, layihələrin və digər elmi tədbirlərin qrant şəklində ünvanlı maliyyələşdirilməsi üzrə təkliflərin hazırlanaraq təqdim olunması barədə tapşırıq və tövsiyələrini verib.

AZƏRBAYCAN RESPUBLİKASININ KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ İLƏ ELMİN İNKİŞAFI FONDU ARASINDA ƏMƏKDAŞLIQ PROTOKOLU İMZALANIBAZƏRBAYCAN RESPUBLİKASININ KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ İLƏ ELMİN İNKİŞAFI FONDU ARASINDA ƏMƏKDAŞLIQ PROTOKOLU İMZALANIBGörüşün sonunda Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu arasında Əməkdaşlıq Protokolu imzalanıb. Protokolda əməkdaşlığın əsas istiqamətləri - birgə xüsusi Qrant müsabiqələrinin keçirilməsi, elmi-tədqiqat işlərinin prioritet istiqamətlərinin müəyyənləş- dirilməsi, alim və mütəxəssislərin qrant müsabiqələrində iştirakının stimullaş- dırılması məqsədi ilə təlim və seminarların (o cümlədən regionlarda) keçirilməsi, müvafiq məsləhətlərin verilməsi, elmi-tədqiqat işlərinin nəticəliliyinin və  səmərəliliyinin artırılması sahəsində birgə tədbirlərin həyata keçirilməsi, aqrar elmlərin inkişafı üzrə beynəlxalq təcrübənin öyrənilməsi, habelə tərəflərin beynəlxalq elmi və elmi-təşkilati fəaliyyətində qarşılıqlı dəstəyin göstərilməsi məsələri öz əksini tapıb. Həmçinin Fond Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə Dövlət Proqramları üzrə çəltik istehsalı və emalı sahəsində elmi-texniki nailiyyətlərin yayılması, çayçılıqla və sitrusçuluqla məşğul olan elmi tədqiqat müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi tədbirlərinin həyata keçirilməsində də yaxından iştirak edəcəkdir.

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu tərəfindən nəşr olunan kitablar Kənd Təsərrüfatı Nazirliyinə təqdim olunub.