AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİNDƏ "ELEKTRON KƏND TƏSƏRRÜFATI" İLƏ BAĞLI TƏDBİR KEÇİRILİB
Ölkədə "Elektron kənd təsərrüfatı" informasiya sisteminin yaradılmasının mövcud vəziyyəti, qarşıda duran vəzifələr, layihənin icrasında digər qurumlarla yanaşı Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) potensial imkanlarından istifadə ilə bağlı təhsil müəssisəsində tədbir keçirilib.
Tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin aparat rəhbəri İlham Bayramov, Elm və Təhsil şöbəsinin müdiri Namiq Məmmədov, universitetin müvafiq sahə üzrə müəllimləri, bakalavr və magistrant tələbələri, Heyvandarlıq Elmi-Tədqiqat İnstitutu, Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun rəhbərləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə rektor, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov açıb. Rektor deyib ki, universitetin maddi-texniki bazasının müasirləş- dirilməsi tədbirləri çərçivəsində informasiya texnologiyaları avadanlıqları, proqram və sürətli internetlə təminat, müvafiq ixtisaslar, o cümlədən “yerquruluşu, torpaq və şəhər kadastrı”, “informasiya texnologiyaları” ixtisasları üzrə mütəxəssis hazırlığının aparılması universitetdə bu sahədə böyük imkanların olduğunu deməyə əsas verir. Xüsusilə yeqruluşu və informasiya texnologiyaları kafedralarının müasir avadanlıqlarla və proqramlarla təminatı, elmi-pedaqoji kadrların mövcudluğu, beynəlxalq səviyyəli layihələrin icrası qeyd olunan sahə üzrə kifayət qədər təcrübənin formalaşmasına səbəb olub. Bütün bu imkanlardan səmərəli istifadə etməklə "Elektron kənd təsərrüfatı" informasiya sisteminin komponentlərinin uğurla icrasına dəstək universitetin qarşısında duran ən mühüm vəzifələrdən biridir.
Tədbirdə çıxış edən Kənd Təsərrüfatı Nazirliyinin aparat rəhbəri İlham Bayramov "Elektron kənd təsərrüfatı" informasiya sisteminin yaradılmasının prioritetləri, kompo- nentləri, Bakıda və respublikanın bütün rayonlarında yeni inşa edilən və ən müasir avadanlıqlarla təchiz olunan inzibati-laboratoriya binaları, modern maddi-texniki baza, zəruri informasiya və kommunikasiya texnologiyaları ilə təmin edilən İnformasiya texnologiyaları infrastrukturu, “İnteqrasiya olunan nəzarət sisteminin” (IACS) prinsiplərinə əsaslanan “Subsidiya və siyasətə dair informasiya sistemi”, aeroşəkillər və peyk təsvirləri əsasında ölkə ərazisinin yeni ortofoto xəritələrınin tərtib edilməsi, informasiya sistemlərinin tətbiqi və məlumatların idarə olunması üçün zəruri olan informasiya və kommunikasiya texnologiyaları infrastrukturu üzrə texniki tələblər və digər məsələlər barədə danışıb.
Sonra "Elektron kənd təsərrüfatı" sisteminin məlumat bazasının formalaşdırılması üçün tələblər, bu istiqamətdə universitetlə əməkdaşlıq imkanları, o cümlədən müvafiq sahə üzrə mütəxəssislərin, bakalavrların, magistrantların, doktorantların prosesə cəlb edilməsi və onlara təlimlərin keçirilməsi məsələləri müzakirə olunub.

- 25-09-2017, 13:59 "ŞƏMKİR RAYONUNDA “KARTOFUN YIĞILMASI VƏ SAXLANMASININ MÜTƏRƏQQİ TEXNOLOGİYALARI” MÖVZUSUNDA ELMİ-PRAKTİKİ SEMİNAR KEÇİRİLİB"
- 28-07-2017, 11:05 "“ELEKTRON KƏND TƏSƏRRÜFATI” İNFORMASİYA SİSTEMİNİN TƏTBİQİ HƏYATA KEÇİRİLİR"
- 5-05-2017, 15:00 "APARAT RƏHBƏRİ İLHAM BAYRAMOV "CIBERNOS" ŞİRKƏTİNİN NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞÜB"
- 2-12-2016, 15:30 "İNFORMASIYA KOMMUNAKASIYA TEXNOLOGIYALARI SAHƏSİNDƏ ƏMƏKDAŞLIĞA DAİR MÜQAVİLƏ İMZALANIB"
- 11-11-2015, 18:00 "“Elektron kənd təsərrüfatı” informasiya sisteminin yaradılması üzrə texniki dəstək layihəsinin icrasına başlanmışdır." “Elektron Kənd Təsərrüfatının Subsidiya və Siyasətə dair İnformasiya Sistemi”nin (SSİS) yaradılması layihəsi &cce ...