PAMBIQÇILIQDA HERBİSİDLƏRDƏN İSTİFADƏYƏ DAİR TƏLİMLƏRƏ BAŞLANILIB

Böyütmək | Kiçiltmək |

 

PAMBIQÇILIQDA HERBİSİDLƏRDƏN İSTİFADƏYƏ DAİR TƏLİMLƏRƏ BAŞLANILIB
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti tərəfindən 13 aprel 2018-ci il tarixdən Salyan, Neftçala, Biləsuvar, İmişli, Saatlı, Sabirabad rayonlarında  pambıqçılıqla məşğul olan sahibkarların və fermerlərin maarifləndirilməsi, alaq otlarına qarşı istifadə olunan herbisidlərdən səmərəli, düzgün və vaxtında istifadə olunmasına dair təlimlərə  başlanılıb. Təlimlərdə Dövlət Fitosanitar Nəzarəti Xidmətinin, Respublika Bitki Mühafizəsi Mərkəzinin,   rayon bitki mühafizəsi mərkəzlərinin, rayon kənd təsərrüfatı idarələrinin, rayon PAMBIQÇILIQDA HERBİSİDLƏRDƏN İSTİFADƏYƏ DAİR TƏLİMLƏRƏ BAŞLANILIB
aqroservis mərkəzlərinin mütəxəssisləri və mexanizatotları, kənd təsərrüfatı idarələrinin nəzdində fəaliyyət göstərən MMC-lərin mütəxəssisləri və pambıq əkini üçün müqavilə imzalamış fermer və sahibkarlar iştirak edirlər. Təlimlərdə ötən ildə pambıq əkini sahələrində bitki mühafizə tədbirlərinin aparılması zamanı yol verilən çatışmazlıqlar Dövlət Xidmətinin mütəxəssisləri tərəfindən fermer və mexanizatorlara izah olunmuş və gələcəkdə pambıq sahələrinin xəstəlik və ziyanvericilərdən mühafizəsində qeyd olunan çatışmazlıqların aradan qaldırılması yolları əyani şəkildə göstərilmişdir.        

Təlimlərdə keçən mövsüm ilində  pambıq əkini sahələrində bitki mühafizə tədbirlərinin aparılması zamanı alaq otlarına qarşı mütəxəssislər tərəfindən tövsiyə edilən herbisidlərin normadan az miqdarda tətbiq olunması, PAMBIQÇILIQDA HERBİSİDLƏRDƏN İSTİFADƏYƏ DAİR TƏLİMLƏRƏ BAŞLANILIBişçi məhlulun hazırlanması zamanı istifadə olunan suyun Ph mühitinin tənzimlən- məməsi, sahələrdə zərərvericilərə qarşı aparılan mübarizə tədbirlərində istifadə olunan traktor və çiləyiçi aqreqatların nizamsız fəaliyyət göstərməsi (kolibrovka olunmaması), zərərvericilərə qarşı aparılan kimyəvi mübarizə tədbirlərində eyni təsiredici tərkibə malik preparatlardan istifadə olunduqda zərərvericilərdə rezistentlik xüsusiyyətinin (preparata qarşı davamlılıq) yaranması və mübarizə tədbirlərinin aparılması zamanı aqrotexniki qaydaların pozulması kimi problemlər müzakirə edilərək həlli yolları izah olunmuş və fikir mübadiləsi aparılmışdır.       

Növbəti təlimlərin respublikamızın bütün pambıqçılıq rayonlarında keçirilməsi və bu təlimlərdə pambıq bitkisinin əsas xəstəlik və zərərvericilərinə qarşı mübarizə tədbirləri, boytənzimləyicilərindən istifadə, ucvurma və defolyasiya tədbirlərinin həyata keçirilməsi sahəsində fermerlərin maarifləndirilməsi nəzərdə tutulur.