ŞAMAXIDA ÜZÜMÇÜLÜYÜN İNKİŞAF ETDİRİLMƏSİ İLƏ BAĞLI MÜZAKİRƏLƏR APARILIB

Böyütmək | Kiçiltmək |

Kənd Təsərrüfatı Nazirliyi Şamaxıda rayon icra hakimiyyətinin dəstəyi ilə “Azərbaycanda üzümçülüyün yeni inkişaf mərhələsi və qarşıda duran vəzifələr” mövzusunda təlim-seminar keçirib. Tədbir kənd təsərrüfatı məhsulları istehsalçılarının bilik və bacarıqlarını artırmaq, fermerləri elmin son nailiyyətləri ilə tanış etmək, onlara müvafiq tövsiyələr vermək, eləcə də müasir tələblərə cavab verən informasiya-məsləhət xidmətləri göstərmək məqsədi ilə təşkil olunub.

Tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin, Şamaxı Rayon İcra Hakimiyyətinin məsul şəxsləri və fermerlər iştirak ediblər.

Rayon icra hakimiyyətinin başçısı Tahir Məmmədov tədbiri açaraq Şamaxının böyük üzümçülük ənənələrinə malik olduğunu, ötən əsrin 80-ci illərində Azərbaycanda ən iri üzümçülük bölgəsi kimi tanındığını diqqətə çatdırıb. Vurğulayıb ki, o vaxt rayonda 27 min hektardan çox üzüm bağı olub. Hər il orta hesabla 250-260 min ton üzüm istehsal edilib. Bu gün, Azərbaycanda üzümçülüyün yeni inkişaf mərhələsinin yaşandığı bir vaxtda təsərrüfatın bu sahəsinin əvvəlki şöhrətinin qaytarılması ən ümdə vəzifələrdəndir.

İcra hakimiyyətinin başçısı vurğulayıb ki, “2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı”nın icrası çərçivəsində rayonda xeyli iş görülüb və hazırda üzüm bağlarının sahəsi 1793,6 hektara çatdırılıb. Bağların 1612 hektarı məhsuldardır. 185 hektar cavan üzüm bağı intensiv üsulla əkilib.

Üzümçülüyün böyük iqtisadi səmərəsini vurğulayan Tahir Məmmədov Şamaxı iqlimində 100 hektar məhsuldar bağdan hər il orta hesabla 600 min manat gəlir götürməyin mümkünlüyünü, bu gəlirin, məsələn, bir hektar taxıl sahəsindən götürülən gəlirlə müqayisədə 20 dəfəyədək çox olduğunu diqqətə çatdırıb. Kənd təsərrüfatının bu sahəsi əhalinin il boyu məşğulluğu baxımından da çox əhəmiyyətlidir.

Təlim-seminarda kənd təsərrüfatı nazirinin müşaviri Elçin Zeynalov “Respublikada üzümçülüyün inkişafında aqrar elmin rolu”, nazirliyin Təhsil və təlim şöbəsinin müdiri İmran Cümşüdov “Üzüm istehsalçılarına təkmil formada məsləhət-informasiya xidmətinin göstərilməsi”, Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun direktoru Elnur Heydərov “Yeni üzüm sortlarının yaradılması və müasir tingçiliyin təşkili” mövzularında çıxış ediblər.

Vurğulanıb ki, hazırda respublikamızda kənd təsərrüfatında yeni innovasiyaların, texnologiyaların tətbiqi ilə əlaqədar iş aparılır. Məsələn, artıq pambıqçılıqda Çin texnologiyası tətbiq olunur. Üzümçülükdə də yeni texnologiyaların tətbiqi, fermerlərə informasiya xidmətlərinin göstərilməsi, onların yeni texnika barədə mütəmadi olaraq məlumatlandırılması zəruridir. Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunda hazırda yeni məhsuldar, xəstəlik və zərərvericilərə qarşı davamlı sortların yaradılması, şərab emalı və digər sahələr üzrə tədqiqatlar həyata keçirilir.

Çıxışlarda bildirilib ki, Şamaxıda üzümçülüyün və şərabçılığın inkişafı ilə əlaqədar böyük layihələr hazırlanıb, müasir texnologiya ilə yeni, məhsuldar bağların salınması, ixracyönümlü məhsulların istehsalı istiqamətində tədbirlər görülür. Artıq rayonda yeni tingçilik təsərrüfatı yaradılıb. Burada 120 mindən çox ting əkilib.

Təlim-seminarda fermerlərlə alim-mütəxəssislər arasında qarşılıqlı müzakirələr keçirilib, suallar cavablandırılıb.

Sonda “Şirvan şərabları” MMC-nin Meysəri kəndi ərazisindəki üzüm bağlarına baxış keçirilib.