QUSARDA DƏNLİ VƏ DƏNLİ-PAXLALI BİTKİLƏRƏ HƏSR OLUNMUŞ TƏLİM KEÇİRİLİB

Böyütmək | Kiçiltmək |

Qusar rayonunun Aşağı Ləgər kəndi ərazisində  tarla şəraitində “Dənli və dənli-paxlalı bitkilərə aqrotexniki qulluq işlərinin, məhsul yığımının vaxtında, keyfiyyətlə  yerinə yetirilməsi və  təhlükəsizlik qaydalarına əməl olunması” mövzusunda təlim keçirilib.

Təlimdə taxılçılıqla məşğul olan 22 fermer iştirak edib. Təlimdə Əkinçilik Elmi-Tədqiqat İnstitutunun şöbə müdiri Rasib Zeynalov dənli və dənli-paxlalı bitkilərin əkinlərindən yüksək və keyfiyyətli məhsul alınmasında aqrotexniki qaydalara əməl edilməsinin məhsuldarlığa və məhsulun keyfiyyətinə təsiri, üzvi və mineral gübrələrin əhəmiyyəti, torpağın qida maddələri ilə təmin olunmasından asılı olaraq veriləcək gübrə normalarının müəyyənləşdirilməsi və  onların verilmə qaydaları barədə geniş məlumat verib.

Eyni zamanda, təlim iştirakçılarına məhsul yığımının vaxtında, itkisiz  yerinə yetirilməsi üçün təhlükəsizlik qaydalarına əməl olunması tövsiyə olunub.

Təlim çərçivəsində fermerləri maraqlandıran suallar ətraflı cavablandırılıb və mövzu ətrafında müzakirələr aparılıb.