AZƏRBAYCANLA BELARUS ARASINDA AQROSƏNAYE SAHƏSİNDƏ ƏMƏKDAŞLIQ ÜZRƏ SƏNƏD İMZALANMIŞDIR

Böyütmək | Kiçiltmək

AZƏRBAYCANLA BELARUS ARASINDA AQROSƏNAYE SAHƏSİNDƏ ƏMƏKDAŞLIQ ÜZRƏ SƏNƏD İMZALANMIŞDIRBelarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycan Respublikasına rəsmi səfəri çərçivəsində noyabrın 28-də “2025-ci ilədək Azərbaycan və Belarus arasında aqrosənaye kompleksi sahəsində əməkdaşlıq üzrə Kompleks Proqramı” imzalanmışdır. Sənədi Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədov və Belarusun kənd təsərrüfatı və qida naziri Leonid Zayats imzalayıblar.