ÇİN XALQ RESPUBLİKASINDAN ÖLKƏMİZƏ 6 MİN QUTU İPƏKQURDU TOXUMLARI (QRENA) GƏTİRİLMİŞDİR

Böyütmək | Kiçiltmək

ÇİN XALQ RESPUBLİKASINDAN ÖLKƏMİZƏ 6 MİN QUTU İPƏKQURDU TOXUMLARI (QRENA) GƏTİRİLMİŞDİR
ÇİN XALQ RESPUBLİKASINDAN ÖLKƏMİZƏ 6 MİN QUTU İPƏKQURDU TOXUMLARI (QRENA) GƏTİRİLMİŞDİR
Ölkəmizdə qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən məqsədyönlü tədbirlər çərçivəsində kənd təsərrüfatının strateji əhəmiyyətli və iqtisadi cəhətdən səmərəli istehsal sahələrinin inkişaf etdirilməsi prioritet vəzifələrdən biri kimi müəyyən edilmişdir.

Azərbaycan- da ipəkçiliyin inkişaf etdirilməsi üçün böyük potensialın mövcud olduğunu nəzərə alaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu sahənin inkişafı ilə bağlı tapşırıqlarına uyğun olaraq respublikada ipəkçiliyin müasir infrastrukturunun yaradılması, baramaçılığın yem bazasının formalaşdırılması, barama toxumçuluğunun təşkili istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.

Ölkə Prezidentinin tapşırıqlarına uyğun olaraq Kənd Təsərrüfatı Nazirliyi tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində 2016-cı ildə 2007-ci ildən bəri ilk dəfə olaraq ölkədə 70,7 ton yaş barama məhsulu istehsal edilmiş, 1250-yə yaxın kümçü ailəsi bir ay ərzində çəkdikləri zəhmət müqabilində 600 min manata yaxın pul gəlirləri əldə etmişlər.

ÇİN XALQ RESPUBLİKASINDAN ÖLKƏMİZƏ 6 MİN QUTU İPƏKQURDU TOXUMLARI (QRENA) GƏTİRİLMİŞDİR
ÇİN XALQ RESPUBLİKASINDAN ÖLKƏMİZƏ 6 MİN QUTU İPƏKQURDU TOXUMLARI (QRENA) GƏTİRİLMİŞDİRAzərbaycan Respublikası Prezidentinin “İpəkçiliyin və fındıqçılığın inkişafına dövlət dəstəyinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2016-cı il 16 noyabr tarixli 2442 nömrəli Sərəncamına uyğun olaraq Kənd Təsərrüfatı Nazirliyi tərəfindən 2016-cı ildə tender müqaviləsi əsasında Çin Xalq Pespublikasından 1,5 milyon ədəd tut tingləri tədarük edilmiş, bölgü əsasında əvəzi ödənilmədən 37 baramaçılıq rayonlarına paylanılmış və bu rayonların ərazilərində 150 hektara yaxın sahədə yeni intensiv tipli tut (çəkil) bağlarının salınması təmin edilmişdir.

Ölkə Prezidentinin respublikada barama istehsalının əvvəlki il ilə müqayisədə azı iki dəfədən çox artırılması barədə tapşırıqlarına uyğun olaraq, cari ildə ölkədə 200 tondan çox yaş barama istehsalı nəzərdə tutulmuşdur. Həyata keçirilmiş tədbirlərin davamı olaraq Kənd Təsərrüfatı Nazirliyi tərəfindən tender ÇİN XALQ RESPUBLİKASINDAN ÖLKƏMİZƏ 6 MİN QUTU İPƏKQURDU TOXUMLARI (QRENA) GƏTİRİLMİŞDİR
ÇİN XALQ RESPUBLİKASINDAN ÖLKƏMİZƏ 6 MİN QUTU İPƏKQURDU TOXUMLARI (QRENA) GƏTİRİLMİŞDİR
ÇİN XALQ RESPUBLİKASINDAN ÖLKƏMİZƏ 6 MİN QUTU İPƏKQURDU TOXUMLARI (QRENA) GƏTİRİLMİŞDİRmüqaviləsi əsasında  Çin Xalq Respublikasının “Shandong Guangtong Silkworm Eggs Co” şirkətindən respublikada istehsal olunacaq barama məhsulunun həcmi nəzərə alınmaqla 6000 (altı min) qutu yüksək keyfiyyətli hibridipəkqurdu sənaye toxumları (qrena) alınaraq 2017-ci il 18 aprel tarixində respublikaya gətirilimiş və inkubasiya qoyulması üçün Qax Damazlıq İpəkçilik Stansiyasına yola salınmışdır. Qax Damazlıq İpəkçilik Stansiyasında inkubasiyaya qoyulmuş barama toxumlarından əldə olunacaq ipək qurdlarının bölgü əsasında respublikanın 30 rayonunun kümçülərinə əvəzi ödənilmədən paylanılması nəzərdə tutulmuşdur.

Qeyd edək ki, dövlət istehsal olunmuş yaş baramanın növündən asılı olmayaraq hər kiloqramına 5 manat subsidiya verir.

Qeyd edilənlərlə yanaşı, ölkəmizdə ipəkçiliyin inkişafının təmin edilməsində barama toxumçuluğunun təşkili üzrə infrastrukturun yaradılmasının xüsusi əhəmiyyətini nəzərə alaraq, yaxın gələcəkdə toxum zavodlarınının və kümçülərin damazlıq barama toxumları ilə təmin ediıməsi funksiyalarını həyata keçirəcək Qax Damazlıq İpəkçilik Stansiyasının müasir standartlara uyğun şəkildə yenidən qurulması və modernləşməsi istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsinə başlanılmışdır.