Arıçılıq

Böyütmək | Kiçiltmək

Respublikamızın iqtisadiyyatında arıçılıq mühüm yer tutur. Bu sahə ilbəil inkişaf edir. Ölkəmizdə arı ailələrinin sayı əvvlki illərlə müqayisədə artırılaraq 238 minə çatdırılmışdır.Bu mühüm və gəlirli sahənin daha da inkişaf etdirilməsi üçün son illər bir sıra məqsədyönlü tədbirlər həyata keirilmişdir. 2020-ci ildə Respublika üzrə arı ailələrinin sayının 310 minə çatdırılması proqnozlaşdırılır. Arı ailələrinin sayının artırılması ilə yanaşı , məhsuldarlığının yüksəldilməsi ,damazlıq-seleksiya işlərinin yaxşılaşdırılması,istehsal olunan balın mərkəzləşdirilmiş qaydada qablaşdırılması və etiketləmə məsələləri də həyata keçirilməlidir. Cənubi Qafqazda nektar verən bitki örtüyünün 61 faizinin Azərbaycanın payına düşdüyünü nəzərə alsaq Respublikamızda bu sahədə böyük potensial imkanların və perspektivlərın olduğunu aydın görürük. Hər il ardıcıl olaraq Arıçılıq məhsullarının sərgi-satış yarmarkaları keçirilir ki, bu da arıçıların maddi imkanlarının yaxşılaşmasına şərait yaradır.Bu ilin noyabr ayında Bakı şəhərində keçirilmiş Arıçılıq Yarmarkasında 453 nəfər arıçı iştirak etmiş və həmin yarmarkada 200 tona qədər arıçılıq məhsulları satılmışdır. Respublikamızda mövcud “Boz Qafqaz”,”Sarı Qafqaz”arı cinsləri , “Qabaqtəpə” və “Qonaqkənd” arı populyasiyalarının cins tərkibinin yaxşılaşdırılması istiqamətində müvafiq tədbirlərin həyata keirilməsi nəzərdə tutulmuşdur.
Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyi Türkiyə Tərəfdaşlıq Proqramı (ƏKTTTTP) Etimad fondu çərivəsində yardım göstərilməsi üçün ƏKTT-yə müraciət etmiş,ƏKTTTTP idarəetmə komitəsi 2011-ci ilin iyun ayında keçirdiyi iclasda Azərbaycanda Arıçılıq sahəsinin dəstəklənməsi üçün 200000 ABŞ dollarının ayrılması təsdiq edilmişdir. Bu yardımın köməkliyi ilə “Azərbaycanda arıçılıq sahəsində məhsuldarlığın artırılması vasitəsilə kənd əhalisinin yaşayışının yaxşılaşdırılması” layihəsinin icrasına başlanılmışdır.