NAZİR MÜAVİNİ SEYFƏDDİN TALIBOV FAO-NUN 40-CI SESİYASINDA İŞTİRAK EDİB

Böyütmək | Kiçiltmək

NAZİR MÜAVİNİ SEYFƏDDİN TALIBOV FAO-NUN 40-CI SESİYASINDA İŞTİRAK EDİBAzərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirinin müavini Seyfəddin Talıbovun rəhbərlik etdiyi nümayəndə heyəti BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) 40-cı sessiyasında iştirak etmək üçün İtaliyada rəsmi səfərdə olub.

Səfər çərçivəsində Kənd Təsərrüfatı Nazirinin müavini Seyfədddin Talıbovun FAO-nun Baş Direktorunun müavini Daniel Gustafson ilə iki tərəfli görüşü keçirilib. Görüş zamanı Seyfəddin Talıbov Azərbaycan Respublikası ilə FAO arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu qeyd edərək ölkəmizdə kənd təsərrüfatı sahəsində həyata keçirilən institutsional islahatlar barədə ətraflı məlumat verib. Nazir müavini Azərbaycan Respublikası Prezidentinin kənd təsərrüfatının inkişafı məqsədilə imzaladığı Sərəncamlar və bu sahəyə göstərilən dövlət dəstəyi barədə geniş məlumat verib, ölkə başçısı tərəfindən təsdiq olunmuş “Azərbaycan Respublikasında Kənd Təsərrüfatı Məhsullarının istehsalı və emalına dair Strateji Yol Xəritəsi”nin önəmini vurğulayaraq FAO ilə gələcək əməkdaşlığı bu sənəddə nəzərdə tutulmuş fəaliyyətlər çərçivəsində davam etdirilməsinin vacibliyini diqqətə çatdırıb.

FAO-nun Baş Direktorunun müavini Daniel Gustafson bu beynəlxalq təşkilat ilə qurulmuş yüksək səviyyəli əməkdaşlığa görə minnətdarlığını bildirərək bu əməkdaşlığın gələcəkdə də qarşılıqlı maraqlar çərçivəsində inkişaf edəcəyinə əminliyini vurğulayıb. Baş Direktorun müavini Azərbaycanda kənd təsərrüfatının inkişafı sahəsində son illərdə qazanılan uğurlardan məmnunluğunu diqqətə çatdıraraq qısa zaman kəsiyində  bü cür dinamik inkişafın böyük səylər və gərgin iş sayəsində əldə olunduğunu qeyd edib.   

Daha sonra tərəflər arasında gələcək əməkdaşlıq perpektivləri və prioritet istiqamətlər üzrə icrası nəzərdə tutulan layihələr barəsində geniş fikir mübadiləsi aparılıb.