“QUBA FERMER EVİ”NDƏ İNTENSİV BAĞÇILIQ SAHƏSİ ÜZRƏ SEMİNAR KEÇİRİLİB

Böyütmək | Kiçiltmək

“QUBA FERMER EVİ”NDƏ İNTENSİV BAĞÇILIQ SAHƏSİ ÜZRƏ SEMİNAR KEÇİRİLİBAqrar Elm və İnformasiya Məsləhət Mərkəzi ilə “Gilan Agro Group” arasında imzalanmış Anlaşma Memorandumu çərçivəsində Quba rayonunda yerləşən “Fermer Evi”ndə “İntensiv tipli meyvə bağlarının salınması və kompleks becərmə tədbirləri” mövzusu üzrə seminar keçirilib. Seminarda Quba Regional Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi, Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun mütəxəssisləri müasir intensiv tipli bağların salınması və ona xidmət sahəsində mövcud təcrübə və yeniliklər barədə “Gilan Agro Group”un müxtəlif bölgələrdə fəaliyyət göstərən aqronom və kənd təsərrüfatı mütəxəssisləri üçün təlim keçiblər. Tədbirdə çıxış edən Kənd Təsərrüfatı Nazirliyinin Elm və təhsil şöbəsinin müdiri Namiq Məmmədov bildirib ki, Dövlət başçısının fərmanı ilə təsdiqlənmiş “Kənd təsərrüfatı məhsullarının istehsalına və emalına “QUBA FERMER EVİ”NDƏ İNTENSİV BAĞÇILIQ SAHƏSİ ÜZRƏ SEMİNAR KEÇİRİLİBdair Strateji Yol Xəritəsi”ndə elmi-tədqiqat müəssisələri ilə fermerlər arasında səmərəli əməkdaşlıq əlaqələrinin yaradılması, elmi-tədqiqat işlərinin nəticələrinin təsərrüfatlarda tətbiqinin səmərəliliyinin artırılması nəzərdə tutulub. Bu baxımdan həm fərdi fermerlərlə, həm də bu sahədə fəaliyyət göstərən şirkətlərin mütəxəssisləri üçün mütəmadi olaraq seminarların, təlimlərin keçirilməsi, təcrübə təsərrüfatlarına səfərlərin təşkil edilməsi nəzərdə tutulub.

Seminarda intensiv bağçılıqla bağlı müxtəlif təqdimatlar təqdim edilərək, fermerləri maraqlandıran suallar cavablandırılıb. Bununla yanaşı, “Gilan Agro Group”la birlikdə kənd təsərrüfatının müxtəlif sahələrinə həsr edilmiş birgə təlimlərin davam etdirilməsi qərara alınmışdır.