AQRAR UNİVERSİTETDƏ MÜASİR FERMA KOMPLEKSİ TİKİLİB

Böyütmək | Kiçiltmək

AQRAR UNİVERSİTETDƏ MÜASİR FERMA KOMPLEKSİ TİKİLİB
AQRAR UNİVERSİTETDƏ MÜASİR FERMA KOMPLEKSİ TİKİLİBAzərbaycan Dövlət Aqrar Universitetinin nəzdində müasir tipli ferma kompleksi tikilib. Kompleks 20 baş mal-qara və 4 baş at saxlamaq üçün 2 fermadan, müasir sağım aparatla- rından, yem emalı aqreqat- larından, üzvi gübrə istehsalı üçün peyinin ilkin təmizlənməsi avadanlıq- larından ibarətdir. Ferma kompleksi yeni tədris ilindən istifadəyə veriləcək.

Kompleksin yaradılmasında məqsəd Aqrar Universitetin baytarlıq təbabəti və zoomühən- dislik fakültəsinin tələbələrinə heyvanlar üzərində müasir diaqnostika və müalicə-profilaktika tədbirlərini əyani şəkildə həyata keçirməyə imkan yaratmaqdır.

Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi çərçivəsində yaradılan ferma lazım olan avadanlıq və ləvazimatlar, 20 baş iribuynuzlu mal-qara və 4 baş atla yanaşı, yem bazasının yaradılması üçün müasir avadanlıqlarla təmin olunub.