OKTYABRIN 11-DƏK ÖLKƏ ÜZRƏ 76 MİN 947,76 TON PAMBIQ TƏDARÜK OLUNUB  

Böyütmək | Kiçiltmək

 

Oktyabrın 11-dək pambıq qəbulu məntəqələrinə ölkə üzrə 76 min 947,76 ton məhsul təhvil verilib.

Dövlət Statistika Komitəsinin məlumatına görə ötən bir gündə 5264,59 ton pambıq tədarük olunub.

Qeyd edək ki, ölkə üzrə cari ildə ötən illə müqayisədə 2,7 dəfə çox – 136 min 413,2 hektar çiyid səpilib. Bu il ən çox pambıq Saatlıda (17220 hektar), İmişlidə (15641,5 hektar), Sabirabad (15055 hektar), Biləsuvar (11351,8 hektar) və Neftçalada (11111 hektar) əkilib.