NAZİR MÜAVİNİ İLHAM QULİYEV ÇİN XALQ RESPUBLİKASININ ÇENÇJOU ŞƏHƏRİNİN NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞÜB

Böyütmək | Kiçiltmək

 

NAZİR MÜAVİNİ İLHAM QULİYEV ÇİN XALQ RESPUBLİKASININ ÇENÇJOU ŞƏHƏRİNİN NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞÜBDekabrın 4-ü Kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev Çin Xalq Respubli- kasının Çençjou şəhərinin merinin müavini Li Sianın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşün məqsədi Azərbaycan Respublikası ilə Çin Xalq Respublikasının Çençjou şəhəri arasında kənd təsərrüfatı sahəsində gələcək əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı müzakirələrin aparılması olub.  

Nazir müavini İlham Quliyev qonaqları səmimi salamlayaraq Azərbaycanda aqrar sahədə həyata keçirilən institusional islahatlar, ölkə başçısının aqrar sahəyə göstərdiyi diqqət və qayğı, hökumət tərəfindən kənd təsərrüfatının müxtəlif sahələrinə ayrılan subsidiyalar, ixracyönümlü sahələr, xüsusilə pambıqçılıq, baramaçılıq, tütünçülük, fındıqçılıq və çayçılığa diqqət yetirildiyi barədə geniş məlumat verib. İlham Quliyev dünyada mövcud olan 11 iqlim tipindən 9-nun Azərbaycanda mövcud olduğunu və ölkəmizdə istehsal olunan kənd təsərrüfatı məhsullarının ekoloji baxımdan organikliliyini nəzərə çatdırıb.

Nazir müavini bildirib ki, Azərbaycan neft ölkəsi olsada, hal-hazırda ölkə başçısı tərəfindən qeyri neft sektorunun inkişafına böyük diqqət yetirir. Bu məqsədlə dövlət tərəfindən strateji proqramlar, regionlarda sərmayə qoyuluşunu genişləndirmək üçün infrastruktur layihələr həyata keçirilir.

Nazir müavini iki ölkə arasında kənd təsərrüfatı sahəsində, xüsusilə ipəkçilik sahəsində əməkdaşlığın uğurla inkişaf etdiyini diqqətə çatdırıb. Bildirib ki, keçən il Çindən 1 million 500 min, bu il isə 1 milyon ədəd tut tingləri (çəlik) gətirilib. Bundan başqa bu ilin aprel ayında Çin Xalq Respublikasından 6000  qutu ipək qurdu alınaraq ölkəmizə gətirilib. Nazir müavini Qax rayonunda tut  ipək  qurdu toxumu  (qrena) istehsal edən zavodun tikilməsinin planlaşdırıldığını diqqətə çatdırıb. Azərbaycanın həmçinin pambıqçılıq sahəsində də Çinlə əməkdaşlıqda maraqlı olduğunu və pambıqçılıqda Çin texnologiyasının tətbiq edilməsinin nəzərdə tutulduğunu diqqətə çatdırıb.  

Nazir müavini Azərbaycanda əlverişli investisiya mühitinin mövcud olduğunu qeyd edərək ölkəmizlə Çençjou şəhəri arasında əlaqələri daha da genişləndirmək üçün koordinasiya şurasının yaradılmasını təklif edib.

Səmimi qəbula görə minnətdarlığını bildirən Li Sian Azərbaycanla Çin arasında tarixi əməkdaşlıq əlaqələri mövcud olduğunu vurğulayıb. Li Sian Çençjou şəhərində pambıq, qida, kimya sənayesi, tekstil maşınları sahələrinin inkişaf etdiyini qeyd edərək əməkdaşlıq üçün geniş potensial imkanların olduğunu diqqətə çatdırıb.