DEKABRIN 6-DƏK ÖLKƏ ÜZRƏ PAMBIQ QƏBULU MƏNTƏQƏLƏRİNƏ 197 MİN 715 TON MƏHSUL TƏHVİL VERİLİB

Böyütmək | Kiçiltmək

 

Dekabrın 6-dək ölkə üzrə pambıq qəbulu məntəqələrinə 197 min 715 ton məhsul təhvil verilib.

Dövlət Statistika Komitəsinin məlumatına görə ötən gün 694,51 ton pambıq tədarük edilib.

Məhsul yığımında Saatlı pambıqçıları öndədirlər. Onlar dekabrın 6-dək 25 min 396 ton pambıq təhvil veriblər. Ümumilikdə isə 10 min tondan çox pambıq tədarük edən rayonların sırasına Biləsuvar, Bərdə, Ağcabədi, Sabirabad, Beyləqan və İmişli rayonlarının pambıqçıları daxildir.

Xatırladaq ki, 2016-cı ildə, ümumilikdə, 88 min 596 ton pambıq yığılmışdı.

Pambıq tədarükünə dair dekabrın 6-dək olan operativ məlumatı təqdim edirik.