Çoxillik əkmələr

Portağal

  • A
  • A
  • A

Portağal Dünyada sitruslar içərisində ən geniş yayılmış növdür. Zəngin kimyəvi tərkibə, ətirli-şirəli meyvələrə malik portağal Yer kürəsinin 90-dan çox ölkəsində becərilir.

Portağalın on minə qədər sortu məlumdur. Yalnız Qafqazın Qara dəniz sahili rayonlarında 200-dən artıq sortu cəmlənmişdir.Geniş yayılmış sortları Pervenets, Vaşinqton Navel, Luçşiy suxumskiy, Hamlin sortlarıdır. Bağın salınması. Portağal bağı da limon bağı kimi təşkil edilir. Qida sahəsi 4x3 m, 4x2,5 m, yamaclarda isə 3x3 m verilir. Sitrus meyvə bitkilərinin əsas zərərvericiləri və xəstəlikləri və onlara qarşı mübarizə tədbirləri:
Sitrus meyvə bitkilərinin əsas zərərvericiləri- Yastıcalar, minalayıcı sitrus güvəsi, tor gənəciyi, istixana tripsi, mənənə və sairələrdir. Bunlara qarşı mübarizədə bazinon 1,0-1,2l/ha, korban 2,0 l/ha, kunq-fu -0,4 l/ha, Dnok 0,4 l/ha, 0,1%-li topsin M, 0,2%-li akreks, 0,2%-li karbofos, poliqor və yaxud onları əvəz edən yeni preparatlardan istifadə etmək olar.
Sitrus meyvə bikilərinin becərilmə texnologiyası
Sitrus meyvə bitkilərinin əsas xəstəlikləri- Hommoz, kif, antraknoz, fitoftoroz, bakterioz, nekroz, dəmgil və s. qarşı mübarizədə - 0,4% sineb, 1% bordo məhlulu, 1%-li mis kuporosu və ya 3 %-li dəmir kuporosu və yaxud onları əvəz edən yeni preparatlardan istifadə etmək olar.

17.10.2019

İstanbul Universitetinin müəllimi ADAU-da təcrübə dərsləri keçir

16.10.2019

Kənd Təsərrüfatı Nazirliyi yanında Barama İstehsalçıları Şurası yaradılıb

16.10.2019

Bu günədək qəbul məntəqələrinə 183 min tondan artıq pambıq təhvil verilib