Birbaşa Dövlət Dəstəyi

İstehsalçılara buğda və çəltik səpininə görə dövlət büdcəsinin vəsaiti hesabına yardımın verilməsi QAYDASI

  • A
  • A
  • A

İstehsalçılara dövlət büdcəsinin vəsaiti hesabına hər hektar buğda və çəltik səpininə görə 40 manat məbləğində yardım Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 13 noyabr tarixli 179 nömrəli və 2008-ci il 13 iyun tarixli 135 nömrəli qərarlarına, 2007-ci il 16 noyabr tarixli 181 nömrəli qərarı ilə təsdiq edilmiş “Buğda və çəltik istehsalçılarının maddi marağının artırılması və buğda və çəltik istehsalının stimullaşdırılması məqsədi ilə dövlət büdcəsinin vəsaiti hesabına yardım verilməsi Qaydaları”na əsasən verilir.

İstehsalçılara yardımın verilməsi aşağıdakı qaydada həyata keçirilir:

- İstehsalçı dövlət büdcəsinin vəsaiti hesabına verilən yardımı almaq üçün hər il buğda və çəltik səpini başa çatdıqdan sonra 01 dekabr tarixinədək ərizə ilə birlikdə tələb olunan digər sənədlərin (şəxsiyyət vəsiqəsinin, torpaqdan istifadəyə hüquq verən sənədlərin və s.) surətlərini kənd ərazi komissiyasına təqdim edir;

- Kənd ərazi komissiyası istehsalçıdan buğda və çəltik səpini ilə əlaqədar ərizə daxil olduqdan sonra 3 gün müddətində istehsalçının iştirakı ilə buğda və
çəltik səpinini yerində yoxlayır və baxış aktı tərtib edir. Aktın bir nüsxəsi istehsalçıya verilir;

- Kənd ərazi komissiyası tərtib olunmuş aktlara əsasən buğda və çəltik səpini ilə məşğul olan istehsalçılar, buğda və çəltik səpini aparılmış sahə və ödəniləcək yardım barədə məlumatları (2 nömrəli əlavə) baxılmaq üçün 03 dekabr tarixdən gec olmayaraq rayon (şəhər) komissiyasına təqdim edir;

- Rayon (şəhər) komissiyası kənd ərazi komissiyalarından daxil olan məlumatları 3 gün müddətində təhlil edir, sual doğuran məqamları kənd ərazi komissiyaları ilə birlikdə yerində araşdırır, sonra icmal siyahını (3 nömrəli əlavə) tərtib edir;

- Rayon (şəhər) icra hakimiyyəti başçısı tərəfindən təsdiq edilmiş istehsalçıların icmal siyahıları (2 və 3 nömrəli əlavələr) rayon (şəhər) komissiyası tərəfindən 08 dekabr tarixindən gec olmayaraq Respublika Komissiyasına və Naxçıvan Muxtar Respublikası Komissiyasına təqdim edir;

- Respublika Komissiyası təqdim edilmiş icmal siyahılara 5 gün müddətində baxır, istehsalçılara dövlət büdcəsinin vəsaiti hesabına yardımın verilməsi barədə qərar qəbul edir;

- Respublika Komissiyası Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və “Kapital bank” ASC ilə birlikdə cari ilin sonunadək istehsalçılara yardımların ödənilməsini təşkil edir;

- Plastik kartlar istehsalçılara “Kapital Bank” ASC-nin yerli filialları tərəfindən birbaşa verilir.