Maldarlıq

Ətlik maldarlıq

  • A
  • A
  • A

571.jpg

Azərbaycanda ətlik maldarlıq əsasən təbii otlaq sahələri olan dağlıq və dağətəyi rayonlarda inkişaf etdirilir. Ətlik mal südün sağılması üçün lazımi şərait və daşınması üçün yollar olmayan yüksək dağ otlaqlarından səmərəli istifadə etməklə, tam əmizdimə yolu ilə balasının intensiv inkişaf etməsini təmin edə bilir. Ətlik mal, südlük və südlük ətlik cinsli mallardan fərqli olaraq tez yetişkəndir. İntensiv bəsləmə şəraitində 15 aylığadək cavanlar daha surətlə böyüyürlər. Ona görə də ətlik malın yetişdirilməsində bu sahədə olan

texnologiyalara daha düzgün əməl edilməlidir. Azərbaycanın dağlıq və dağətəyi bölgələrində ətlik istiqamətli malın balaları laktasiyanın axırında anadan ayrılan kimi intensiv kökəldilməyə qoyulmalı və 15-18 aylıqda yüksək köklük dərəcəsində və diri çəkidə ətə verilməlidir.

Azərbaycanda mövcud olan əlverişli şəraiti nəzərə alaraq ixtisaslaşdırılmış ətlik maldarlığın inkişaf etdirilməsi yolu ilə ət istehsalının artırılması üçün südlük maldarlıq yetişdirilən zonalarda da ətlik istiqamətli mal qrupları, naxırları yaradılması vacib məsələlərdəndir. Bunun üçün süd məhsuldarlığı aşağı olan çıxdaş inəklər və naxırın təmirindən artıq qalan, yaxud bir qədər inkişafdan qalmış düyələrin ətə verilməsi əvəzinə onların seçilib ətlik istiqamətli törədicilərlə cütləşdirilməsi və alınan balaların ətlik maldarlığın texnologiyası üzrə yetişdirilməsi təşkil edilməlidir.

1505482774.jpg

Ətlik maldarlığın inkişaf etdirilməsi məqsədilə dağlıq və dağətəyi bölgələrdə hallovey, aberdin-anqus və kuba zebusu cinsləri, südlük maldarlıq zonasında isə aberdin-anqus, şarole və digər cinslərdən istifadə edilməlidir.

Ət istehsalının artırılması üçün aşağıdakı tədbirlərin həyata keçirilməsini məqsədəuyğun hesab edirik:

-Prioritet sahə kimi ətlik maldarlığın inkişafına üstünlük verilməsi

-Dağ və dağətəyi bölgələrdə əsasən ətlik maldarlığın inkişaf etdirilməsi

- Bakı ətrafı kənd və qəsəbələrdə südçülüklə yanaşı ixtisaslaşmış intensiv mal kökəldən təsərrüfatların yaradılması

- Cavan heyvanların vaxtından əvvəl kəsilməsinin qarşısının alınması, intensiv kökəltmənin təşkil edilməsi

- Sutkalıq çəki artımını 800-1000 qrama çatdırmaq üçün tədbirlərin görülməsi

- Kəsilən heyvanların 400-450 kq və yüksək köklük dərəcəsində olması

-Azərbaycana daha çox çəki artımı verən ətlik istiqamətli aberdin-anqus, hallovey, limuzun, şarole və s cinslərin gətirilməsi, ixtisaslaşmış təsərrüftlarda yetişdirilməsi və intensiv kökəldilməsinin təşkili

- Ət istehsalı ilə məşğul olan ixtisaslaşmış fermer təsərrüfatlarının yaradılması

Ölkəmizdə camışçılığın daha da inkişaf etdirilməsi üçün əlverişli şəraitin olması əhalinin ət və süd məhsullarına olan tələbatının ödənilməsində mühüm yer tutur. Azərbaycanda mövcud olan qaramalın 10,3 faizini camış naxırı təşkil edir. Camışçılıqla ən çox Qarabağ, Mil-Muğan və Şirvan bölgələrində daha çox məşğul olurlar.

Azərbaycanda Zebuçuluqla qədimdən məşğul olunur. Azərbaycan zebusu ölkəmizin heyvanat aləminin nadir incilərindən biridir. Rəngi qara, qara-qonur olmaqla fərqləri aydın hiss olunur. Azərbaycan zebusu və onun hibridləri yerli

şəraitə və xəstəliklərə dözümlüdür. Azərbaycan zebusu özünəməxsus tipik formaya malik olmaqla dünyanın bir çox yerlərində mövcud olan zebulardan fərqlənirlər. Azərbaycan zebusu tezyetişkənliyə malik olmaqla diri çəkisi 300-310 kq, təmiz ət çıxarı 58,8-60 faizə çatır. Ildə orta hesabla 500 kq süd verir. Südünün yağlılığı isə 5-6 faizdir.

Azərbaycan zebusu Lənkəran-Astara zonasında geniş yayılmışdır.

 

17.10.2019

İstanbul Universitetinin müəllimi ADAU-da təcrübə dərsləri keçir

16.10.2019

Kənd Təsərrüfatı Nazirliyi yanında Barama İstehsalçıları Şurası yaradılıb

16.10.2019

Bu günədək qəbul məntəqələrinə 183 min tondan artıq pambıq təhvil verilib