Aqil Quliyev

 

  • 1982 1982-ci ildə anadan olub.
  • 1989-1999  Bakı şəhəri Binəqədi rayonu 276 nömrəli orta məktəbdə təhsil alıb.
  • 1999-2003  Bakı Dövlət Universitetinin Hüquq fakültəsində hüquqşünaslıq ixtisası üzrə bakalavr təhsili alıb. 
  • 2003-2006 Bu illərdə “Dövlət hüququ” istiqaməti üzrə magistr təhsili alıb.
  • 2005-2010  Azərbaycan Respublikası Prokurorluq orqanlarında müstəntiq vəzifəsində işləyib.
  • 2010-2012  Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində hüquq məsləhətçisi vəzifəsində işləyib.
  • 2012 Noyabr ayından etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Hüquqi təminat şöbəsi Hüquqi aktların ekspertizası sektorunun müdiri və Daxili hüquqi tənzimləmə sektorunun müdiri-şöbə müdirinin müavini vəzifələrində çalışıb.
  • 2014-2018  Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Nəzarət və qiymətləndirmə şöbəsinin müdiri vəzifəsində çalışıb.
  • 2018 May ayından Kənd Təsərrüfatı Nazirliyinin daxili nəzarət və audit şöbəsinin müdiri olub.
  • 2018 Sentyabr ayından Kənd Təsərrüfatı Nazirliyi Aparatının rəhbəri vəzifəsində çalışır.
  •                             Rus və ingilis dillərini bilir.
  •                             Evlidir, iki uşağı var.