İlhamə Qədimova

 

  • 1975 1975-ci ildə anadan olub.
  • 1992  Bakı şəhəri 183 nömrəli məktəbin fizika-riyaziyyat-informatika təmayüllü sınaq sinfini bitirib.
  • 1992-1993 Ankara Universiteti Türkcə Öyrətim Mərkəzində türk dili və hüquq türkçəsi təhsili alıb. 1993-1997-ci illərdə dövlətlərarası saziş əsasında Türkiyə Respublikasının Ankara və Mərmərə Universitetlərinin Hüquq Fakultəsində bakalavr təhsili alıb. 1998-2001-ci illərdə dövlət hüququ üzrə Mərmərə Universiteti Sosial Elmlər İnstitutunda magistr, 2002-2009-cu illərdə dövlət vəsaiti hesabına və Prezident təqaüdü ilə Mərmərə Universiteti Sosial Elmlər İnstitutunda doktorantura təhsili alıb və fəlsəfə doktoru elmi dərəcəsini əldə edib.
  •                              Özəl sektorda 11 il hüquqşünas və konsultant olaraq çalışıb.
  • 2010-2012  Azərbaycan Respublikası Prezidentinin yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın Hüquq sektorunda mütəxəssis və baş məsləhətçi olaraq fəaliyyət göstərib. 2012-ci ildən etibarən Vəkillər Kollegiyasının üzvüdür.
  • 2012-2018  Azərbaycan Respublikası Prezidentinin yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Hüquqi aktların ekspertizası sektorunun müdiri və Hüquqi təminat şöbəsinin müdiri olub.
  • 2018 May-sentyabr aylarında Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Hüquq şöbəsinin müdiri vəzifəsində çalışıb. 2018-ci il 24 sentyabr tarixindən AR Prezidentinin 507 nömrəli Sərəncamı ilə Kənd Təsərrüfatı nazirinin müavini vəzifəsinə təyin edilib.
  •                             Türk, rus və ingilis dillərini bilir.
  •                             Evlidir, 2 övladı var.