İnam Kərimov

 

  • 1977 6 iyun 1977-ci ildə Bakı şəhərində anadan olub.
  • 1984-1994 Bakı şəhərində Humanitar fənlər Gimnaziyasında təhsil alıb.
  • 1994-1995 ABŞ-ın İndiana ştatında Richmond High School-da təhsilini davam etdirib.
  • 1995 Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsinə qəbul olunub.
  • 1998-2000 Fransanın Strasburq Universitetində Hüquq üzrə bakalavr
  • 2000-2002 Sorbonna Universitetində hüquq üzrə magistr təhsili alıb.
  • 2013 Sarbonna Universitetində hüquq üzrə doktor (docteur en droit) elmi dərəcəsi
    alıb.
  • 2004-2012 Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında baş məsləhətçi
    vəzifələrində çalışıb.
  • 2005-2012 Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının
    katibi olub.
  • 2005-2012 Avropa Şurasının Korrupsiyaya qarşı Dövlətlər Qrupunda (GRECO) Azərbaycan
    Respublikasının nümayəndə heyətinə rəhbərlik edib.
  • 2012 Azərbaycan Respublikasının Prezidentinin 7 sentyabr 2012-ci il tarixli
    sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara
    Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri təyin edilib.
  • 2018 Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 aprel tarixli Sərəncamı ilə
    Kənd Təsərrüfatı naziri təyin olunub
  •                              İngilis, fransız, fars və rus dillərini bilir
  •                              Evlidir, iki övladı var.