Aqrar Xidmətlər Agentliyində “Toxumçuluğun mövcud vəziyyəti və qarşıda duran vəzifələrə” həsr olunmuş tədbir keçirilib
Tədbirdə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin (AXA) əməkdaşları, Dövlət Toxum Fondunun, Toxumçuluq Assosiasiyasının və toxumçuluq təsərrüfatlarının rəhbər və nümayəndələri iştirak ediblər.
Aqrar Xidmətlər Agentliyinin sədri Seymur Mövlayev toxumçuluğun mövcud vəziyyəti, qarşıda duran hədəflər barədə ətraflı məlumat verərək Kənd Təsərrüfatı Nazirliyi tərəfindən toxumçu fermerlərə daim dəstək göstərildiyini bildirib, fermer və torpaq mülkiyyətçilərinin sertifikatlı toxuma əlçatanlığının təmin olunması, payızlıq buğda və arpa səpinin optimal müddətdə aparılması üçün toxumların kondisiyaya çatdırılması və vaxtında sertifikatlaşdırılmasının vacibliyini vurğulayıb.
S.Mövlayev toxumçuluqda yeni innovativ texnologiyaları tətbiq etməklə məhsuldarılığın artırılması, toxumçuluğun elmi əsaslarla inkişaf etdirilməsi, yeni subsidiya mexanizminin tətbiq olunması, toxum ticarət şəbəkəsinin yaradılması, toxumçuluqda rəqabət mühitinin formalaşması, toxum assosiasiyasının fəaliyyətinin daha da genişləndirilməsi və toxum yarmarkalarının təşkilinin əsas vəzifə kimi qarşıya qoyulduğunu diqqətə çatdırıb.
Qeyd olunan məsələlər barədə geniş fikir mübadiləsi aparılıb. Dövlət Toxum Fondunun və Toxum Assosiasiyasının rəhbərləri, toxum istehsalçıları çıxış edərək toxum satışı şəbəkəsinin genişləndirilməsi və fermerlərin vaxtında sertifikatlı toxumla təmin olunmalarına dair öz təkliflərini bildiriblər.
Yekunda Aqrar Xidmətlər Agentliyinin sədri Seymur Mövlayev iclasda qeyd olunan təkliflərin ümumiləşdirilməsi, həmçinin çətinliklərin qısa müddətdə aradan qaldırılması barədə aidiyyəti üzrə tapşırıq və tövsiyələrini verib.
Kənd Təsərrüfatı Nazirliyində pambıqçılığa həsr olunmuş iclas keçirilib
22 Aprel 2024
Azərbaycanda pomidor sahələrinin sığortası başlayıb
22 Aprel 2024
Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edəcək
22 Aprel 2024
Kənd Təsərrüfatı Nazirliyi 2024-cü il üçün doktorantura və dissertanturaya qəbul elan edir
19 Aprel 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Göyçayda vətəndaşları qəbul edəcək
19 Aprel 2024