Aqrar Xidmətlər Agentliyinin (AXA) əməkdaşları İmişli rayonu Dövlət Aqrar İnkişaf Mərkəzində (DAİM) traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsinin verilməsi zamanı keçirilən nəzəri və təcrübi imtahanlarda iştirak ediblər.
AXA əməkdaşları tərəfindən, həmçinin pambığın becərilməsi, yığımı və itkisiz daşınmasına hazırlıq və eyni zamanda texnikaların istismar qaydalarına riayət edilməsi məqsədi ilə “P-Agro” MMC-nin Saatlı filialında özüyeriyən texnikaların, pambığın daşınması ücün nəzərdə tutulan qoşquların texniki vəziyyəti nəzərdən kecirilib, təhlükəsizlik qaydalarına əçəl edilməsi ilə bağlı tövsiyələr verilib.
Agentliyin əməkdaşları tərəfindən kənd yollarında hərəkətin təhlükəsizliyinin təmin edilməsi, traktor və digər mexaniki nəqliyyat vasitələri tərəfindən yol hərəkəti qaydalarının pozulması hallarının müəyyənləşdirilməsi, dövlət qeydiyyatından keçməyən və dövlət texniki baxışına təqdim olunmamış texnikaların aşkarlanması və texniki istismar qaydalarına riayət olunması vəziyyətinin yoxlanılması məqsədi ilə növbəti monitorinq təşkil edilib. Monitorinq zamanı mexaniki nəqliyyat vasitələrində istismar prosesində təhlükəsizlik qaydalarına əməl edilməsinə dair ümumi tələblərin yerinə yetirilməsi vəziyyətinə baxılıb, aşkar olunan nöqsanların qarşısının alınması haqqında mexanizatorlara tövsiyələr verilib və bu barədə maarifləndirmə tədbirləri həyata keçirilib.
Texnika mülkiyyətçilərinə və mexanizatorlara xidmətin fəaliyyətini və xidmət rüsumlarını əks etdirən maarifləndirici bukletlər paylanılıb.
Eyni zamanda AXA əməkdaşları tərəfindən fəaliyyət istiqamətlərinə uyğun olaraq kəndlərdə fermer və mexanizatorlara təlimlər keçirilib və onları maraqlandıran suallar cavablandırılıb.
Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Qusarda vətəndaşları qəbul edəcək
17 Aprel 2024
Qazaxda Aqrar Biznes Festivalı keçirilib
17 Aprel 2024
Yevlaxda iqlim dəyişikliyinə adaptasiya edən torpaq və resurs qoruyucu yeni texnologiyalar nümayiş olunacaq
17 Aprel 2024
İlin ilk rübündə Aqrar Biznes Festivallarına 23 rayondan 3 minədək fermer qatılıb
16 Aprel 2024
Kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov Neftçalada vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
16 Aprel 2024