Azərbaycan Dövlət Aqrar Universitetində sənəd qəbulu başlayıb

Bu gündən 2019/2020-ci tədris ilində Azərbaycan Dövlət Aqrar Universitetinə (ADAU) qəbul olan abituriyentlərin qeydiyyatı prosesinə başlanıb.  

ADAU-nun Aqrobiznes və idarə etmə fakültəsinə daxil olan Orxan Əliyev yeni tədris ili üçün bu ali təhsil ocağında ilk qeydiyyatdan keçən tələbə olub. ADAU-nun Tədris işləri üzrə prorektoru Anar Hətəmov tələbəni təbrik edərək ona uğurlar arzulayıb.

Qeyd edək ki, abituriyentlər avqustun 27-dək müvafiq sənədləri universitetin baş binasında yerləşən Qeydiyyat şöbəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Qeydiyyatdan keçməmək bu ixtisas üzrə təhsil almaqdan imtina kimi qiymətləndirilir.