• Ana səhifə
  • Xəbərlər
  • Bu gün Gədəbəydə mineral gübrələrin güzəştli şərtlərlə səyyar satışı keçirilir
Bu gün Gədəbəydə mineral gübrələrin güzəştli şərtlərlə səyyar satışı keçirilir

Sentyabr ayından etibarən “Aqrolizinq” ASC tərəfindən rayon mərkəzindən uzaq məsafədə yerləşən kəndlərdə mövsümi mineral gübrələrin, ammofos və nitroammofoska gübrəsinin güzəştli şərtlərlə səyyar satışına başlanılıb. Səyyar satışın həyata keçirilməsində əsas məqsəd gübrələrin alışında vətəndaşların sərf etdikləri zaman, məsafə itkisinin və əlavə məsrəflərin qarşısının alınması, həmçinin vətəndaşlara cəmiyyətin əlçatanlığını, yaxınlığını təmin edərək vətəndaş məmnuniyyətinə nail olmaqdır.

İlk səyyar satış Şəmkirin ucqar dağ kəndi olan Ələsgərli, Yeni Göyçə, Çənlibel kəndində baş tutub. Sentyabr ayının 12-də Çənlibel kəndində keçirilən satış zamanı 100 vətəndaş müraciət edərək 44,600 ton ammofos gübrəsi satılıb.

Növbəti zəyyar satış Gədəbəyin Saratovka kəndində baş tutub. Sentyabr ayının 14-də Samuxun Poylu kəndində səyyar satış keçiriləcək.

Səyyar satış zamanı vətəndaşlar tələb olunan sənədləri təqdim etməklə 70% güzəştdən yaralanaraq mineral gübrəni əldə edə bilərlər.

Fermerlər səyyar satış xidmətinin təşkil ediləcəyi yerlər barəsində məlumat almaq və qeydiyyata düşmək üçün 1652 Çağrı Mərkəzi, həmçinin (+994 51) 255 93 83 əlaqə nömrəsinə müraciət edə bilərlər.