Sentyabr ayından etibarən “Aqrolizinq” ASC tərəfindən rayon mərkəzindən uzaq məsafədə yerləşən kəndlərdə mövsümi mineral gübrələrin güzəştli şərtlərlə səyyar satışına başlanılıb.
Sentyabrın 10-dan indiyədək kimi Şəmkir, Gədəbəy, Samux, Qobustan, Şəki, Oğuz, Kürdəmir, Hacıqabul, Şamaxı, Ağsu, İsmayıllı, Ucar, Göyçay, Cəlilabad, Astara, Lerik, Biləsuvar, Qusar, Siyəzən, Xızı, Qazax, Ağstafa, Tovuz, Göygöl, Goranboy, Şabran, Xaçmaz, Quba, Salyan, Neftçala, Tərtər, Bərdə, Yevlax, Şabran, Masallı, Zaqatala, Qax, Oğuz, Qəbələ, Beyləqan, Füzuli, Saatlı və İmişli rayonlarından üzrə 240 kənd daxil olmaqla səyyar gübrə satışından 2756 vətandaş yararlanıb. Ötən həftə keçirilən səyyar gübrə satışından 57 kənd üzrə 461 vətəndaş yararlanıb. Səyyar gübrə satışı bütün regionlar əhatə olunmaqla mövsümün sonuna kimi davam etdiriləcək.
Güzəştli qiymətlərlə səyyar gübrə satışı qaydalarında və qiymətlərdə dəyişiklik yoxdur. Vətəndaşlar tələb olunan sənədləri təqdim etməklə 70% güzəştdən yaralanaraq mineral gübrəni əldə edə bilərlər. Səyyar xidmət zamanı səyyar bank terminalları da fəaliyyət göstərir ki, ödənişlər üçün vətəndaşın banklara müqaricət etməsinə ehtiyac yaranmır.
Fermerlər səyyar satış xidmətlərinin təşkil ediləcəyi yerlər barəsində məlumat almaq və qeydiyyat üçün 1652 Çağrı Mərkəzi və (+99451) 2559383 əlaqə nömrəsinə müraciət edə bilərlər. Həmçinin xidmətlərin təşkil olunacağı kəndlər barəsində Aqrolizinq ASC-nin rəsmi sosial şəbəklərini izləyərək, elanlarla tanış olmaq mümkündür.
Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Qusarda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb
23 Aprel 2024
Kənd Təsərrüfatı Nazirliyində pambıqçılığa həsr olunmuş iclas keçirilib
22 Aprel 2024
Azərbaycanda pomidor sahələrinin sığortası başlayıb
22 Aprel 2024
Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edəcək
22 Aprel 2024
Kənd Təsərrüfatı Nazirliyi 2024-cü il üçün doktorantura və dissertanturaya qəbul elan edir
19 Aprel 2024