2016-ci il üzrə tenderlər

  • A
  • A
  • A

Kartof və Tərəvəz Toxumu İstehsalı müəssisəsinin yaradılması məqsədi ilə malların, işlərin və xidmətlərin satın alınması ilə əlaqədar tenderə dəvət 20.07.2016.

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi

Kartof və Tərəvəz Toxumu İstehsalı Müəssisəsinin yaradılması məqsədi ilə malların, işlərin və xidmətlərin satın alınması ilə əlaqədar

AÇIQ TENDERƏ DƏVƏT EDİR:


Tender 1 lot üzrə keçirilir:  Kartof və Tərəvəz Toxumu İstehsalı Müəssisəsinin yaradılması məsdəqi ilə malların, işlərin, xidmətlərin satın alınması

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.


Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar.


Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri Üzeyir Hacıbəyli küçəsi 80, 7-ci mərtəbə, 719-cu otaq (Əlaqələndirici şəxs: Vüqar Hüseynov, telefon: 498-08-44) ünvanından ala bilərlər.

İştirak haqqı: 1000 manat 

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi                     

Hesab: AZ94CTRE00000000000002188301

VÖEN: 1700069791

M/H: AZ41NABZ01360100000000003944

S.W.İ.F.T: CTREAZ22

Tenderdə iştirak etmək üçün yazılı müraciət;İştirak haqqı heç bir halda geri qaytarılmır.



İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:


  1. Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
  2. Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
  3. Tender təklifi dəyərinin 1 % -i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən onra ən azı 60 bankgünü qüvvədə olmalıdır);
  4. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqandan arayış; 
  5. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
  6. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
  7. İddiaçının tam adı hüquqi statusu, nizamnaməsi qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
  8. İddiaçılar müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;
  9. Digər sənədlər: Əsas şərtlər toplusunda nəzərdə tutulmuş

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə  tərcümə olunmalıdır). 

Tender proseduru «Dövlət satınalmaları haqqında» qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 31.08.2016 17:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 08.09.2016 11:00 qədər Bakı şəhəri, Üzeyir Hacıbəyli küçəsi 80, Hökumət Evi, Kənd Təsərrüfatı Nazirliyi, 7-ci mərtəbə, 755-ci otaqünvanına təqdim etməlidirlər.


Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. 
İddiaçıların təklifləri 08.09.2016 15:00 tarixində Bakı şəhəri, Üzeyir Hacıbəyli küçəsi 80, Hökumət Evi, Kənd Təsərrüfatı Nazirliyi, 7-ci mərtəbə, 722-ci otaq ünvanında açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

TENDER KOMİSSİYASI