Oktyabrın 9-dək ölkə üzrə pambıq qəbulu məntəqələrinə 130 min 201 ton məhsul təhvil verilib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,6 dəfə çoxdur. Keçən il oktyabrın 9-dək 81 min 433 ton pambıq tədarük olunmuşdu.
Pambıq yığımında Saatlı (21 min 561 ton), Ağcabədi (14 min 184 ton), Bərdə (13 min 165 ton), Biləsuvar (12 min 527 ton) və Sabirabad (12 min 266 ton) rayonları irəlidə gedirlər.
Qeyd edək ki, pambıqçılıq kənd təsərrüfatının yüksək əməktutumluluğu ilə seçilən sahələrindən biridir. Ötən illə müqayisədə 2019-cu ildə 20 rayon üzrə pambıq əkən fermerlərin sayı 2373 nəfər artaraq, 18000 nəfərə çatıb. Pambıqçılığın inkişafı yüngül sənayenin inkişafına təkan verməklə yanaşı, əhalinin məşğulluğunun artmasında da müsbət rol oynayır. Hazırda ölkəmizdə 23 pambıq zavodu, 7 iplik istehsalı fabriki, 3 pambıq yağı istehsalı müəssisəsi fəaliyyət göstərir. Ümumilikdə, pambıqçılığın inkişafı təxminən 200 mindən çox insanın əsas gəlir mənbəyini formalaşdırır.
Respublikada pambıq tədarükünə dair oktyabrın 9-na olan operativ məlumat
Kənd Təsərrüfatı Nazirliyi 2024-cü il üçün doktorantura və dissertanturaya qəbul elan edir
19 Aprel 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Göyçayda vətəndaşları qəbul edəcək
19 Aprel 2024
“Aqroservis” ASC-nin İdarə Heyətinin sədri Elmin Rəhmanov İmişlidə vətəndaşları qəbul edəcək
19 Aprel 2024
Ankarada Türkiyə-Azərbaycan Kənd Təsərrüfatı İcra Komitəsinin 11-ci iclası keçirilib
19 Aprel 2024
Kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov Lerikdə vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
18 Aprel 2024