Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin (AXA) mütəxəssisləri tərəfindən avqustun 14-dən etibarən Qurban bayramı ilə əlaqədar paytaxt və bölgələrdə qurbanlıq heyvanların satışına və kəsiminə icazə verilmiş yerlərdə dezinfeksiya tədbirlərinə başlanılıb.
Artıq bütün şəhər və rayon mərkəzlərində müvafiq qurumlar tərəfindən müəyyən edilmiş diri heyvanların satışının və kəsiminin aparıldığı yerlərdə ödənişsiz əsaslarla dezinfeksiya tədbirləri yekunlaşıb.
Ölkədə infeksion və invazion xəstəliklərin qarşısının alınması və epizootik sabitliyin qorunması məqsədi ilə aparılan profilaktik dezinfeksiya güclü DUK maşınlarla, eləcə də mexaniki və avtomatik dezinfeksiyaedici qurğulardan istifadə edilməklə həyata keçirilib.
Aqrar Xidmətlər Agentliyinin mütəxəssisləri tərəfindən ödənişsiz əsaslarla həyata keçirilən dezinfeksiya tədbirləri həm stasionar, həm də çadır tipli heyvan kəsimi və satışı məntəqələrində aparılıb. Obyektlər dezinfeksiya tədbirlərindən sonra təsərrüfat sahiblərinin istifadəsinə verilib, bununla da heyvan kəsimi və ət satışı üçün nəzərdə tutulan ərazilərin baytarlıq-sanitariya cəhətdən yararlığı təmin olunub.
Aqrar Xidmətlər Agentliyi bəyan edir ki, hazırda ölkədə epizootik vəziyyət sabitdir və bu sabitliyin qorunub saxlanılması sahəsində lazımi tədbirlər davam etdirilir.
Qəbələdə növbəti Aqrar Biznes Festivalı keçirilib
25 Aprel 2024
Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli Ağsuda vətəndaşları qəbul edib, təsərrüfatlara başa çəkib
25 Aprel 2024
“Kənddən Şəhərə” həftəsonu yarmarkaları təşkil ediləcək
25 Aprel 2024
Aqrar Sığorta Fondunun sədri Göyçayda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb
25 Aprel 2024
Yaylaqlara köç edəcək fermerlər üçün mina təhlükəsizliyi ilə bağlı təlimlər başa çatıb
25 Aprel 2024