Digər texnika

Lənkəran Dövlət Maşın Sınaq Stansiyası

  • A
  • A
  • A

1. MAŞIN SINAQ; STANSİYASI  HAQQINDA; MƏLUMAT.

Lənkəran Dövlət Maşın Sınaq Stansiyası keçmiş SSRİ kənd təsərrüfatı Nazirliyinin 26 fevral 1967-ci il tarixli əmri ilə Lənkəran rayonu M.Əzizbəyov adına sovxozun bazasında yaradılmışdır. Stansiya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 yanvar 1992-ci il tarixli 42 saylı qərarı ilə keçmiş İttifaq tabeliyindən Respublika tabeçiliyinə verilmiş və Kənd Təsərrüfatı Nazirliyinin tərkibində sərbəst balansa malik dövlət büdcəsindən maliyyələşən müəssisədir.
Lənkəran DMSS-in əsas fəaliyyəti kənd təsərrüfatı texnikalarının sınağı və həmin texnikaların qüvvədə olan dövlət və beynəlxalq standartlara və digər normativ texniki sənədlərə uyğunluğunu yoxlamaq və istehlakçılara texniki cəhətdən tam hazır konstruksiyalı, ciddi qüsurları olmayan, təyinatına görə tam hazırlanmış və istehlakçının həyat və sağlamlığına təhlükə yaratmayan texnikaların aqrar sahəyə daxil olmasını təmin etməkdən ibarətdir. Stansiya özünün fəaliyyəti dövründə indiyədək 1556-dan artıq müxtəlif markalı traktor, taxılyığan kombayn və kənd təsərrüfatı maşınlarının dövlət və müşahidə sınaqlarını keçirmişdir. Bu texnikaların 550 ədədinin sınağı Respublikanın müstəqillik dövrünə təsadüf edir. Dövlət sınağından keçirilmiş bu texnikaların 117 ədədi Respublikamızın zavod və müəssisələrində istehsal olunmuş və aqrar sahədə tətbiqinə və kütləvi istehsal edilməsinin məqsədəuyğunluğuna rəy verilmişdir.
Əsasən tərəvəzçilik, çayçılıq və subtropik bitkilərin becərilməsində istifadə olunan kənd təsərrüfatı texnikalarının dövlət sınağı üzrə ixtisaslaşmış Lənkəran Dövlət Maşın Sınaq Stansiyasında 3 aparıcı laboratoriya və 5 qrup fəaliyyət göstərir. Sınaq laboratoriyaları tələb olunan bütün növ sınaq   avadanlıqları, cümlədən xüsusi proqramlarla işləyən mürəkkəb  quruluşlu kənd təsərrüfatı maşınlarının  texniki  və iqtisadi göstəricilərini müəyyənləşdirə bilən sınaq avadanlıqları, cihazlar, ölçü alətləri kompleksləri ilə təchiz olunmuşdur. Sınaq prosesində sınaq işlərinin aparılmasının təmin edilməsi üçün stansiyada mexaniki-təmir emalatxana, avtotraktor parkı və digər köməkçi qurumlar fəaliyyət göstərir.
Lənkəran Dövlət Maşın Sınaq Stansiyası öz fəaliyyətini Kənd Təsərrüfatı Nazirliyi ilə razılaşdırılmış plan əsasında dövlət standartlarının, digər normativ texniki sənədlərin tələblərinə uyğun qurur.
Dövlət sınağından əlavə stansiyada kənd təsərrüfatı texnikası və avadanlıqları və onların ehtiyat hissələrinin texniki tələblərə uyğun istehsalı, sınağı və istismarı ilə əlaqədar dövlət, sahə standartları işlənib hazırlanır.
Respublikanın Muğan-Salyan bölgəsinin (Cəlilabad, Biləsuvar, Saatlı, Sabirabad, Salyan və Neftçala rayonları) kənd təsərrüfatı məhsulları istehsalçılarında istismar olunan xarici traktor, taxılyığan kombayn və digər kənd təsərrüfatı maşınlarında baş verən nasazlıqların və onların yaranma səbəblərinin öyrənilməsi, gündəlik iş normalarının təyin edilməsi məqsədi ilə mütəmadi olaraq stansiya mütəxəssisləri tərəfindən müşahidə sınaqları aparılır.
Bütün bu işlərlə bərabər stansiya mütəxəssisləri xarici texnikaların daha səmərəli işlədilməsi, onların düzgün istismarının təmin edilməsi məqsədi ilə həmin texnikaların istismar təlimatlarını, aqrotexniki tələbləri, texniki xidmət təlimatlarını tərtib edib fermer və sahibkarlara çatdırır.
Eyni zamanda stansiya mütəxəssisləri Aqroservis və KFT rəhbərlərinə köməklik məqsədi ilə müxtəlif kənd təsərrüfatı işlərinin görülməsi zamanı yanacaq və sürtkü materiallarının sərfiyyatı normalarını və digər normativ-texniki sənədləri işləyib hazırlayırlar.
Respublikada istehsal olunan və respublikaya gətirilən xarici texnikaların, avadanlıqların və onların ehtiyat hissələrinin keyfiyyətinə nəzarət etmək məqsədi ilə bazar iqtisadiyyatı şəraitində işləyən və xüsusi əhəmiyyətə malik Lənkəran Maşın Sınaq Stansiyasının əvəz olunmaz rolu vardır. Odur ki, Lənkəran Dövlət Maşın Sınaq Stansiyası «Aqrar islahatların əsasları haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən dövlət mülkiyyətində saxlanılmış və Azərbaycan Respublikasında 1995-1998-ci illərdə Dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı haqqında Qanunun 1 saylı əlavəsinin «Özəlləşdirilməsi qadağan olan müəssisə  və obyektlər» bölməsinə daxil edilmiş və özəlləşdirilməyə cəlb olunmamışdır.


2. STANSİYADA KEÇİRİLƏN SINAQLARIN 
NÖVLƏRİ.

Stend sınaqları: Texnikaların sınaq avadanlıqları üzərində keçirilən sınaqları.
İlkin sınaqlar: Təcrübi nümunəli texnikaların qəbul sınaqlarına verilməsinin mümkünlüyünü təyin etmək məqsədi ilə aparılmış kontrol sınaqlar.
Qəbul sınaqları: Təcrübi nümunəli və ya vahid sayda hazırlanmış texnikaların istehsalata buraxılmasının və ya təyinatı üzrə işlədilməsinin məqsədəuyğunluğunun müəyyən edilməsi üçün aparılmış kontrol sınaqlar.
Sertifikasiya sınaqları: Texnikaların milli və beynəlxalq standartlara və digər normativ sənədlərə uyğunluğunu müəyyən etmək məqsədi ilə aparılmış kontrol sınaqlar.
Dövrü sınaqlar: Müəyyən həcm və müddətdə normativ sənədlərdə qəbul edilmiş tələblərə uyğun texnikaların keyfiyyətinə nəzarət və onun istehsalının davam etdirilməsinin mümkünlüyünü müəyyən etmək məqsədi ilə aparılmış kontrol sınaqlar.
Nümunəvi sınaqlar: Texnikaların konstruksiyasına və texnoloji prosesinə edilmiş dəyişikliklərin effektliyini təyin etmək məqsədi ilə aparılmış kontrol sınaqlar.

İstismar sınaqları: Maşının istismarı zamanı aparılmış sınaqlar.


3. STANSİYANIN TƏSİR ZONASI.

Azərbaycan Respublikasının Lənkəran, Astara, Masallı,Cəlilabad, Biləsuvar, Saatlı, Sabirabad, Salyan və Neftçala rayonları.


4. KOMPLEKS  MAŞINLARIN  SİYAHISI.

  • Traktorlar, özüyeriyən şassilər, mobil enerji vasitələri.
  • Taxılyığan və yemçilik kombaynları.
  • Çayyığan, çay kolu budayan, çay şitili əkən maşınlar.
  • Tərəvəz şitili əkən və tərəvəz məhsulu yığan maşınlar.
  • Çay və tərəvəz bitkilərinin cərgəaralarını becərən maşınlar
  • Ümumi təyinatlı torpaq becərən maşınlar (kotanlar, kultivatorlar, malalar).
  • Yağışyağdıran və suvarma maşın və qurğuları.
  • Traktor qoşquları və yarımqoşqular.
  • Gübrə və peyinsəpən maşınlar.
  • Bitki mühafizəsi üçün maşınlar (çiləyicilər, tozlandırıcılar).
  • Taxıl, qarğıdalı, soya və digər texniki bitkilərin səpini və yığımı üçün maşınlar
  • Otbiçən, tirələrə qoyan və presləyən maşınları.
  • Elektrik su qızdırıcıları.
  • Örtük altında tərəvəz bitkisi yetişdirmək üçün istifadə olunan mini maşınlar.
  • Bağçılıqda və üzümçülükdə istifadə olunan maşınlar.
  • Kənd təsərrüfatı maşınlarının ehtiyat hissələri.
  • Çuğundur çıxaran maşınlar.
  • Meliorativ maşınlar.
  • Yem doğrayan maşınlar.
  • Stasionar su nasosları.
  • Peyinin səpilməsi üçün maşın və avadanlıqlar.
  • Xarici traktor və taxılyığan kombaynların müşahidə sınaqları.

Təhlükəsizlik texnikası və ətraf mühitin qorunması qaydalarına cavab verməyən maşınlar sınağa qəbul edilmir.

5. SINAQ  LABORATORİYALARI.

  • Traktorların sınağı laboratoriyası.
  • Kənd təsərrüfatı maşınların sınağı laboratoriyası.
  • Maşınların etibarlığının qiymətləndirilməsi laboratoriyası.


6. SINAQ QRUPLARI.

1. Maşınların istismar-texnoloji göstəricilərinin qiymətləndirilməsi qrupu.

2. Maşınların aqrotexniki göstəricilərinin qiymətləndirilməsi qrupu.

3. Elektrik ötürücülərin sınağı,enerji qiymətləndirilməsi və maşının konstruksiyasının təhlükəsizliyinin qiymətləndirilməsi qrupu.

4. Kənd təsərrüfatı texnikasının sınağının metroloji təminat qrupu.

5. Sınağın nəticələrinin tərtibatı və informasiya qrupu. 


7. KÖMƏKÇİ  QURUMLAR.

  • Maşın heyyəti.
  • Təmir emalatxanası.
  • İstehsalat heyyəti.

Ünvan: 4231  Lənkəran rayonu, Şürük kəndi.
direktor: Qurbanov Tahir Əbdül oğlu
tel: 0252-59-20-70
mob:050-351-11-61
E-mail: lenkoran.dmss@mail.ru

Baş mühəndis: Günəşov Şükür Məhərrəm oğlu
tel:025-25-92-072
mob:050-344-76-47

17.10.2019

İstanbul Universitetinin müəllimi ADAU-da təcrübə dərsləri keçir

16.10.2019

Kənd Təsərrüfatı Nazirliyi yanında Barama İstehsalçıları Şurası yaradılıb

16.10.2019

Bu günədək qəbul məntəqələrinə 183 min tondan artıq pambıq təhvil verilib