Suvarma və meliorasiya

Kənd Təsərrüfatının Coğrafi İnformasiya Sistemi – AgroGIS

  • A
  • A
  • A

“Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi və institusional islahatların sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 16 aprel tarixli 152 nömrəli Fərmanının 2.2-ci bəndinə əsasən Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən beynəlxalq təcrübəyə əsaslanmaqla, aqrar sektorun dövlət tərəfindən dəstəklənməsində şəffaflığı və hesabatlılığı təmin etmək üçün "elektron kənd təsərrüfatı" informasiya sisteminin (EKTİS) yardılması və tətbiqi layihəsi çərçivəsində aparılan mühüm tədbirlərdən biri də ölkəmizdə kənd təsərrüfatının coğrafi informasiya sisteminin (AgroGİS) yaradılmasıdır. 
EKTİS-in komponentlərinin əsasını təşkil edən və kənd təsərrüfatı təyinatlı torpaqların müasir vəziyyətə uyğun coğrafi məlumat bazasının (AgroGİS) və xüsusi informasiya sisteminin yaradılması - istehsal, emal, planlaşdırma və proqnozlaşdırma, habelə kənd təsərrüfatında idarəetmənin müasir tələbələrə uyğun təşkili, dövlət dəstəyi tədbirlərinin idarə edilməsi, eləcə də kənd təsərrüfatı torpaqlarının elektron uçot sisteminin yaradılmasında mühüm mərhələ hesab edilir. Burada rastr və vektor formatlı istinad baza xəritələri və kartoqrafik qatlar, iqtisadi rayonların, inzibati ərazi vahidlərinin və bələdiyyə torpaqlarının sərhədləri, torpaqların kateqoriyasına və mülkiyyət formasına görə bölgüsü, kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin kəmiyyət, keyfiyyət göstəriciləri, kənd təsərrüfatı yerləri (uqodiyalar), torpaq-iqlim zonalaşması, torpaq istifadəçiliyi məlumatları, kənd təsərrüfatı sahəsində dövlət büdcəsinin vəsaiti hesabına yardım alan və dövlət tərəfindən tətbiq olunan güzəştlərdən istifadə edən fiziki və hüquqi (fermerlərin) şəxslərin torpaq sahələri, kənd təsərrüfatı məqsədləri üçün istifadə edilən daşınmaz əmlaklar (torpaq sahələri, tikili və qurğular), suvarma, meliorasiya-irriqasiya sistemləri, bitki örtüyü, toxumçuluq və fitosanitar nəzarəti tədbirləri, torpaqların münbitlik xassələri, keyfiyyət səciyyələri və digər istiqamətlər üzrə kompleks məlumatlar strukturunun vahid sistemdə toplanılması nəzərdə tutulmuşdur. 
“AgroGİS”-də toplanan məlumatlar EKTİS-in “Subsidiya və Siyasətə dair İnformasiya Sistemi”nin əsas modullarından biri olan “Torpaq Sahələrinin İdentifikasiyası alt Sistemi” –nin əsas məlumat mənbəyidir. 
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 30 dekabr tarixli 408 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron kənd təsərrüfatı” informasiya sistemindən istifadə Qaydalarına əsasən aidiyyəti dövlət qurumları arasında elektron məlumatların , o cümlədən coğrafi məlumatların mübadiləsi həyata keçiriləcəkdir. 
Nazirlikdə aparılan sistemli struktur dəyişiklikləri çərçivəsində “Torpaqlardan istifadəyə nəzarət” şöbəsinin nəzdində yaradılmış “Torpaq sahələrinin identifikasiyası və coğrafi məlumatlar sektoru” “AgroGİS”-in məlumat bazasının formlaşadırılması, sistemin idarə edilməsi, Nazirlik sistemində tətbiq sahələrinin genişləndirilməsi və dəstəklənməsinin təşkli fəaliyyətlərini həyata keçirir.

17.10.2019

İstanbul Universitetinin müəllimi ADAU-da təcrübə dərsləri keçir

16.10.2019

Kənd Təsərrüfatı Nazirliyi yanında Barama İstehsalçıları Şurası yaradılıb

16.10.2019

Bu günədək qəbul məntəqələrinə 183 min tondan artıq pambıq təhvil verilib