Kombaynlar

Təmir emalatxanaları

  • A
  • A
  • A

“Aqrolizinq ” ASC-nin Aqroservis filiallarının təmir emalatxanaları haqqında

 

“Aqrolizinq” ASC-nin 38 rayon Aqroservis filiallarında tikilib istifadəyə verilmiş təmir emalatxanaları fəaliyyət göstərir.

Əsasən 17 rayon Aqroservis filiallarının (Yevlax, Şəki, Goranboy, Salyan, Cəlilabad, İmişli, Saatlı, Beyləqan, Neftçala, Horadiz, Ağcabədi, Qusar, Göy-göl, Zərdab, Xaçmaz,Ağdaş,Tovuz) təmir emalatxanalarında texnikalarda təmir və texniki qulluq işlərini aparmaq məqsədi ilə müasir tələblərə cavab verən avadanlıqlardan (universal torna yivaçan dəzgah, yüksək təzyiqli yanacaq  nasoslarının sınağı və nizamlanması üçün stend, dizel forsunkalarının sınağı və nizamlanması üçün tərtibat, yanacaq nasosunun plunjer cütlüyünün texniki vəziyyətini müəyyənləşdirən cihaz, YTYN-yə qulluq üçün alət və tərtibat dəsti, import yanacaq nasoslarının stendə quraşdırılması üçün alət və tərtibat dəsti, yonucu cilalayıcı dəzgah, elektrik, arqon və qaz qaynağı aparatları, elektrovulkanizator, akkumlyator batareyalarının elektrikləşdirmə qurğusu, kompressor, hidrodomkrat, yuma aparatları, stolüstü burğu dəzgahı, su destilyatoru, akkumlyator yoxlama çəngəli, stolüstü pres, yerdən əl ilə idarə olunan asma telfer kranı, verstak 5 qutulu məngənə ilə birlikdə, metaldan hazırlanmış stellaj dəsti, qaynaq stolu) istifadə olunur.

Bundan əlavə Yevlax əsaslı təmir emalatxanasında və  Qusar Aqroservis filialında dirsəkli valların boyunlarını pardaxlayan dəzgah, mühərrikin hissələrinin və digər sürtünmə ilə işləyən hissələrin yuma aparatı quraşdırılmışdır.

Zaqatala, İsmayıllı, Şəmkir, Ağsu, Bərdə, Qobustan, Tərtər rayon Aqroservis filiallarının  təmir emalatxanalarına texnikalara texniki qulluq aparılması məqsədi ilə nəzərdə tutulmuş avadanlıqlar  (qaynaq aparatı, kompressor, stol məngənə ilə birlikdə, asma telfer kranı, yonucu cilalayıcı dəzgah) verilmişdir.

14 rayon Aqroservis filiallarının təmir emalatxanaları (Sabirabad, Biləsuvar, Kürdəmir, Ucar, Ağdam, Balakən, Lənkəran, Masallı, Qax, Qazax və s.) texnikalarda təmir və texniki qulluğun aparılması üçün hələlik hec bir avadanlıqlarla təchiz edilməmişdir.

Yevlax əsaslı təmir emalatxanasında “Aqrolizinq” ASC-nin istifadəsində olan texnikaların əsaslı və cari təmiri həyata keçirilir. Belə ki, traktorların mühərrikləri, sürətlər qutusu, arxa və qabaq körpüləri, elektrik avadanlıqları və cihazları təmir edilir. O cümlədən lazım olduğu hallarda texnikalara texniki qulluq edilir.

11 rayon Aqroservis filiallarında səyyar avtotəmir maşınlarından (Şəki, Cəlilabad, Salyan, Quba, Xızı, Neftçala, İmişli, Ağcabədi, Yevlax, Horadiz, Goranboy), 20 rayon AF-da yanacaq daşıyan avtomaşınlardan (Ağcabədi-2 ədəd, Beyləqan-1 ədəd, Bərdə-1 ədəd, Şəki-2 ədəd, Şəmkir-1 ədəd, Quba-1 ədəd, Göygöl-1 ədəd, Gədəbəy-1 ədəd, Sabirabad-1 ədəd, Salyan-1 ədəd, Samux-1 ədəd, Xocavənd-1 ədəd, Neftçala-1 ədəd, Horadiz-2 ədəd, Yevlax-1 ədəd və s.) və 22 rayon  AF-da isə səyyar qaynaq aqreqatlarından istifadə olunur. 

17.10.2019

İstanbul Universitetinin müəllimi ADAU-da təcrübə dərsləri keçir

16.10.2019

Kənd Təsərrüfatı Nazirliyi yanında Barama İstehsalçıları Şurası yaradılıb

16.10.2019

Bu günədək qəbul məntəqələrinə 183 min tondan artıq pambıq təhvil verilib