Nazirə məktub yazmaq

HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Hər bir internet səhifəsi istifadəçisinin kənd təsərrüfatı naziri cənab Heydər Əsədova məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

Kənd Təsərrüfatı Nazirliyinin rəsmi internet səhifəsi vasitəsi ilə elektron formada göndərilmiş müraciətlər ”Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının 30 sentyabr 2015-ci il tarixli, 1308-IVQ nömrəli QANUNU, habelə Azərbaycan Respublikası Prezidentinin 23 iyun 2016-cı il tarixli 950 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə orqanlarında, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılması Qaydası”nı uyğun olaraq qeydiyyata alınır və baxılır.

 KƏND TƏSƏRRÜFATI NAZİRİNƏ ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL AŞAĞIDAKI QAYDALARLA TANIŞ OLMAĞINIZI BƏZİ ZƏRURİ MƏHDUDİYYƏTLƏRƏ HÖRMƏTLƏ YANAŞMAĞINIZI XAHİŞ EDİRİK:

  1. Mətni yazmazdan əvvəl təqdim edilən formanın düzgün doldurulması vacibdir.
  2. Müraciətlər formada nəzərdə tutulmuş seçimlər daxilində edilməlidir. Mətn, mütləq şəkildə yazıldığı dilin əlifbası ilə tərtib olunmalı, bütövlükdə böyük və kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməli, müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.
  3. Elektron müraciətin mətni 1500 işarədən çox olmamalıdır
  4. Geri əlaqə saxlanılması üçün daxil edilən məlumatlar mütləq doğru olmalıdır.
  5. Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.
  6. Müraciət edən şəxsin fərdi məlumatları “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işlənilir və mühafizə olunur .
  7. Elektron müraciətdə qoşma fayllar olmamalıdır. Mətni uzun olan məktublar, sənəd surətləri, fotoşəkillər və yol verilən digər əlavələr Kənd Təsərrüfatı Nazirliyinin aşağıdakı ünvanına göndərilməlidir:

Elektron ünvan: nazir@agro.gov.az

Poçt ünvanı: AZ1000, Bakı, Azərbaycan, Üzeyir Hacıbəyli küçəsi, 80

Adınız*
Soyadınız*
Atanızın adı*
Şəhər/Rayon*
Əlaqə telefonu*
Email-ünvan*
Müraciətin növü*
Müraciətin mövzusu*
Müraciətin mətni* 1500 simvol qalıb
Təhlükəsizlik kodu*
Кликните на изображение чтобы обновить код, если он неразборчив