BARAMAÇILIĞA HƏSR OLUNMUŞ REGİONAL SEMİNARLAR KEÇİRİLİB 

Böyütmək | Kiçiltmək |

 

BARAMAÇILIĞA HƏSR OLUNMUŞ REGİONAL SEMİNARLAR KEÇİRİLİB Azərbaycan Respublikasında 2017-2021-ci illərdə baramaçılığın və ipəkçiliyin inkişafına dair Dövlət Proqramı”nın icrası ilə əlaqədar “Tut ipəkqurdunun bəslənməsinin  düzgün təşkili və məhsuldarlığın artırılması istiqamətində tədbirlərin həyata keçirilməsi”nə həsr edilmiş respublikanın 7 rayonunda regional seminar müşavirə keçirilmişdir. Seminarlarda Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçilik şöbəsinin, Kənd Təsərrüfatı Nazirliyi Qax Damazlıq İpəkçilik stansiyasının,  Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətininin, Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin Heyvandarlıq ET İnstitutu, Şəki İpək ASC, nazirliyin yerli strukturlarının nümayəndələri və 26 rayonda barama istehsalı ilə məşğul olan 500 – dən çox kümçülər iştirak etmişdir.

Mütəxəsislər bildirmişdir ki, 2017-ci ildə Çin Xalq Respublikasından 6000 qutu yüksək keyfiyyətli hibrid ipəkqurdu sənaye toxumları (qrena) alınaraq 31 rayonun 739 kəndini əhatə edən 3013 kümçü ailəsinə əvəzi ödənilmədən paylanılmış və nəticədə ötən ildə ölkə üzrə 245 ton və ya 2016-cı il ilə müqayisədə 3.5 dəfə çox yaş barama məhsulu istehsal edilmişdir.

Seminarlarda baramaçılığın və ipəkçiliyin inkişafı üçün qarşıda duran hədəflər daha yüksək olduğundan, bu vəzifələrin icrası çərçivəsində görüləcək işlər müzakirə olunub, ötən il barama istehsalında yol verilmiş nöqsanlar araşdırılmış, kümçülərin irad və təklifləri dinlənilmişdır. Bildirilmişdir ki, regionlarda kənd təsərrüfatının bütün sahələrinin inkişaf etdirilməsi ilə  bərabər ənənəvi sahə olan baramaçılığa da önəmli diqqət yetirilir, yeni tut (çəkil) bağları salınır və becərilir.

Seminarlarda fikir mübadiləsi aparılmış, baramaçılığın və ipəkçiliyin inkişafı üçün elmi təminatın və kadr potensialının daha da gücləndirilməsi, mövcud bağlarda bərpa və yenidənqurma işləri aparmaqla tut (çəkil) ağaclarının məhsuldarlığının artırılması, istehsal edilən məhsulun keyfiyyətini artırılması üçün ipək qurdunun bəslənməsi dövründə aidiyyəti qurumlar tərəfindən monitorinq qiymətlənmə sisteminin aparmaqla kümçülərin maarifləndirilməsi, barama istehsalı ilə məşğul olan təsərrüfat subyektlərinə səmərəli iqtisadi dəstək mexanizminin formalaşdırılması və s. məsələlər müzakirə edilmişdir.