BÖLGƏLƏRDƏ PAMBIQÇILIQLA BAĞLI MÜŞAVİRƏLƏR KEÇİRİLİB

Böyütmək | Kiçiltmək |

 

BÖLGƏLƏRDƏ PAMBIQÇILIQLA BAĞLI MÜŞAVİRƏLƏR KEÇİRİLİB
Kənd Təsərrüfatı Nazirliyi Kürdəmirdə Prezident İlham Əliyevin martın 26-da Bərdədə pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsində verdiyi tapşırıqların icrası ilə bağlı müşavirə keçirib.

Kürdəmir rayon icra hakimiyyətinin akt zalında təşkil olunan müşavirəni icra hakimiyyətinin başçısı Ceyhun Cəfərov açaraq çiyid səpini ərəfəsində mütəxəssislərin iştirakı ilə keçirilən tədbirin əhəmiyyətindən danışıb. Dövlətimizin başçısının pambıqçılığın inkişafı ilə əlaqədar qarşıya qoyduğu konkret vəzifələrdən söz açan C.Cəfərov məhsuldarlığın yüksəldilməsi, cari ildə hər hektardan istehsalın 20 sentnerə çatdırılması üçün görüləcək konkret işləri diqqətə çatdırıb. Bildirib ki, bu il rayonda 5030 hektarda pambıq əkilməsi nəzərdə tutulub. Sahələr su təminatı olan münbit torpaqlardır. Əkin üçün 60 traktor, 40 səpin aqreqatı hazırlanıb. Kampaniyanın 15 iş günündə başa çatdırılması üçün bütün qüvvələr səfərbər edilib.

BÖLGƏLƏRDƏ PAMBIQÇILIQLA BAĞLI MÜŞAVİRƏLƏR KEÇİRİLİB
Müşavirədə kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov “Azərbaycanda pambıqçılığın inkişafı - hədəflər və perspektivlər” mövzusunda məruzə ilə çıxış edib. Ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlməsindən sonra bazar iqtisadiyyatına keçidlə aqrar sahədə islahatlara başlandığını diqqətə çatdıran məruzəçi bu gün islahatların yeni tələblər baxımından uğurla davam etdirildiyini bildirib. Qeyd olunub ki, 2004-cü ildə “Aqrolizinq” ASC yaradılıb. Sonra aqrar sahədə güzəştli kreditlərin verilməsinə başlanılıb. Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları aqrar sahənin inkişafında dövlət tənzimlənməsini reallaşdırıb, infrastruktur yenilənib. Ət, süd məhsulları, kartof və digər bir sıra ərzaq məhsulları ilə daxili imkanlar hesabına təminat sahəsində uğurlu nəticələr qazanılıb.

BÖLGƏLƏRDƏ PAMBIQÇILIQLA BAĞLI MÜŞAVİRƏLƏR KEÇİRİLİB
Diqqətə çatdırılıb ki, bu gün ixracyönümlü məhsulların, o cümlədən pambıqçılığın inkişafı istiqamətində ölkədə ardıcıl tədbirlər görülür. Ən əsası isə potensial imkanlar səfərbər edilib. Prezident İlham Əliyev Bərdədə keçirilən müşavirədə məhsuldarlığın yüksəldilməsini mühüm vəzifə kimi qarşıya qoyub. Pambığın satınalma qitmətinin artırılması, texnika ilə, mineral gübrələrlə təminat və bu sahələrdəki güzəştlər, müasir texnologiyaların tətbiqi fermerlərə geniş imkanlar verir.

BÖLGƏLƏRDƏ PAMBIQÇILIQLA BAĞLI MÜŞAVİRƏLƏR KEÇİRİLİB
Müşavirədə Kənd Təsərrüfatı Nazirliyi Aparatının bitkiçilik şöbəsinin müdiri İmran Cümşüdov “Pambıqçılığın intensiv texnologiyalar əsasında becərilməsi”, “Aqrolizinq” ASC-nin sədri Elşən Məmmədov “Texnika və gübrə ilə təminatın vəziyyəti”, Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin rəisi Möhtəsim Əhmədov “Pambıq toxumu və təminatın vəziyyəti”, Dövlət Fitosanitar Nəzarət Xidmətinin rəisi Camal Quluyev “Pestisidlərlə təminatın vəziyyəti” mövzularında çıxış ediblər. Çıxışlarda mütəxəssislər tərəfindən fermerlərə pambıqçılıqla bağlı torpağın səpinə hazırlanması, əkin, becərmə, alaq otlarına, zərərvericilərə qarşı mübarizə və sair barədə geniş izahat və məsləhətlər verilib.

BÖLGƏLƏRDƏ PAMBIQÇILIQLA BAĞLI MÜŞAVİRƏLƏR KEÇİRİLİBSonda qarşılıqlı fikir mübadiləsi aparılıb, fermerləri maraqlandıran suallar cavablandırılıb.

Kənd Təsərrüfatı Nazirliyi günün ikinci yarısında Ağsu rayonunda da çiyid səpini ərəfəsində eyni mövzuda müşavirə keçirib. Müşavirədə pambıqçılığın inkişafı ilə bağlı Prezident İlham Əliyevin qarşıya qoyduğu konkret vəzifələrdən, rayonda iqtisadiyyatın bu gəlirli sahəsinin perspektivlərindən, məhsuldarlığın yüksəldilməsi ilə əlaqədar görüləsi işlərdən danışılıb, mütəxəssislərin məsləhətləri dinlənilib.