GƏNCƏ AVTOMOBİL ZAVODUNDA İSTEHSAL OLUNAN TEXNİKALARA BAXIŞ KEÇİRİLİB.

Böyütmək | Kiçiltmək |

GƏNCƏ AVTOMOBİL ZAVODUNDA İSTEHSAL OLUNAN TEXNİKALARA BAXIŞ KEÇİRİLİB.Bu gün Azərbaycan Kənd Təssərrüfatı Nazirliyinin “Aqrolizinq” ASC-nin Gəncə rayonlararası təchizat bazasında “Aqrolizinq” ASC-yə müqavilə əsasında təhvil verilən Gəncə avtomobil zavodu istehsalat birliyində istehsal olunan, pambıqçılıqda istifadə olunan “MTZ 80 X” markalı 150 ədəd və “1221” markalı 120 ədəd traktorlara baxış keçirilib.

Tədbirdə kənd təssərrüfatı nazirinin müavini Seyfəddin Talıbov, “Aqrolizinq” ASC-nin, Gəncə Avtomobil zavodunun və Maşin Sınaq Stansiyasının nümayəndələri iştirak edib

Traktorların texniki vəziyyətini nəzərdən keçirən nazir müavininə məlumat verilib ki, “Aqrolizinq” ASC tərəfindən təkmilləşdirilmə üçün nəzərdə tutulan bütün dəyişikliklər Gəncə avtomobil zavodu istehsalat birliyi mütəxəssisləri tərəfindən aparılıb və pambıqçılıq təsərrüfatları üçün nəzərdə tututulan texnikalara qoruyucu şitlər və ağırlaşdırıcı yüklər quraşdırılıb.Texnikalarda aparılmış təkmilləşdirilmə işləri fermerlər və iş adamları tərəfindən yüksək qiymətləndirilib. Azərbaycanın bütün bölgələrinin aqrotexniki vasitələr və traktorlarla təminatının yaxşılaşdırılmasının dövlət başçısı İlham Əliyevin daim diqqət mərkəzində olduğunu vurğulayan S. Talıbov gələcəkdə bu işlərin davam etdiriləcəyini qeyd edib:

“Bu gün demək olar ki, bölgələrdə kənd təsərrüfatını inkişaf etdirmək üçün bütün növ texnikalar və avadanlıqlar alınıb. Gəncə avtomobil zavodu ilə əməkdaşlığımız yenə də davam edir. Gələcəkdə bağçılığın və üzümçülüyün inkişafı istiqamətində aparılacaq işlər çərçivəsində mini traktorların və digər kiçik ölçülü kənd təsərrüfatı aqreqatlarının alınması nəzərdə tutulur. Bu gün bölgələrdə fermerlər Gəncədə istehsal olunan texnikaların keyfiyyətindən razılıq edirlər. Qarşıya çıxan hər bir xirda problem dərhal həll olunur” deyə Kənd Təssərrüfatı Nazirinin müavini əlavə edib.

Texnikalara baxış zamanı “Aqrolizinq” ASC-nin Idarə Heyətinin sədri Elşən Məmmədov və Gəncə avtomobil zavodu istehslat birliyini direktoru Kamran Nəzərov da iştirak edib. Söhbət zamanı iki tərəfli əməkdaşlıq, texnikaların təkmilləşdirlməsi, yeni modellərin yığılması və görüləcək işlər barədə məsələlər müzakirə olunub. Gəncə avtomobil zavodu İB-nin direktoru Kamran Nəzərovun sözlərinə görə 2007-ci ildən dövlət sifarişi əsasında müxtəlif modeldə traktorlar və kənd təsərrüfatı texnikaları, asma avadanlıqlar, traktor qoşquları yığılaraq “Aqrolizinq” ASC-yə təhvil verilib.

“Bu günədək Gəncə avtomobil zavodu İB- də 10000 ədəd müxtəlif markalı  traktorlar yığılıb, onlardan 8466-ci dövlət sifarişi əsasında “Aqrolizinq” ASC-yə verilib. Bu il “Aqrolizinq” ASC ilə yeni müqavilə imzalamışıq və 1000 traktor və 700 traktor qoşqusu istehsal edərək təhvil verəcəyik. Müəssisəmizdə istehsal olunan kənd təsərrüfatı texnikalarının keyfiyyətinə nəzarət etmək məqsədilə “Aqrolizinq” ASC-nin və Gəncə avtomobil zavodu İB mütəxəssislərindən ibarət qrup yaradılıb. Çalışırıq ki, fermerlər və iş adamları müəssisəmizdə istehsal olunan texnikaların keyfiyyətindən məmnun qalsınlar” deyə Kamran Nəzərov əlavə edib.