BEYLƏQANDA PAMBIĞIN İNTENSİV TEXNOLOGİYA İLƏ BECƏRİLMƏSİNƏ DAİR ELMİ-PRAKTİK SEMİNAR KEÇİRİLİB  

Böyütmək | Kiçiltmək |

 

BEYLƏQANDA PAMBIĞIN İNTENSİV TEXNOLOGİYA İLƏ BECƏRİLMƏSİNƏ DAİR ELMİ-PRAKTİK SEMİNAR KEÇİRİLİB   
BEYLƏQANDA PAMBIĞIN İNTENSİV TEXNOLOGİYA İLƏ BECƏRİLMƏSİNƏ DAİR ELMİ-PRAKTİK SEMİNAR KEÇİRİLİB   
Beyləqan rayonu Mil Təcrübə Stansiyasında “Bölgələrin torpaq-iqlim şəraitinə uyğun pambıq sortlarının seçilməsi, səpinqabağı aqrotexniki tədbirlər və pambığın intensiv texnologiya ilə becərilməsi” mövzusunda elmi-praktik seminar – tarla günü keçirilib.

Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun təşkilatçılığı ilə keçirilən seminarda alimlər, Beyləqan Rayon İcra Hakimiyyətinin, kənd təsərrüfatı idarəsinin, pambıqçılıq şirkətlərinin nümayəndələri və pambıqçılıqla məşğul olan fermerlər iştirak ediblər.

Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun informasiya təminatı və elmi nəticələrin tətbiqi şöbəsinin müdiri Mahirə Vəliyeva seminarda çıxış edərək, ölkəmizdə kənd təsərrüfatının böyük potensiala malik, ənənəvi və əməktutumlu istehsal sahələrindən olan pambıqçılığın dirçəldilməsi ilə bağlı atılan addımlardan danışıb.

BEYLƏQANDA PAMBIĞIN İNTENSİV TEXNOLOGİYA İLƏ BECƏRİLMƏSİNƏ DAİR ELMİ-PRAKTİK SEMİNAR KEÇİRİLİB   
BEYLƏQANDA PAMBIĞIN İNTENSİV TEXNOLOGİYA İLƏ BECƏRİLMƏSİNƏ DAİR ELMİ-PRAKTİK SEMİNAR KEÇİRİLİB   Beyləqan Rayon İcra Hakimiyyətinin, kənd təsərrüfatı idarəsinin və Regional Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin nümayəndələri rayonda aqrar sahənin, o cümlədən pambıqçılığın inkişafı istiqamətində həyata keçirilən tədbirlərdən, pambıqçılıqla məşğul olan fermerlərə dövlət dəstəyindən və çiyid səpininə hazırlıqla bağlı görülən işlərdən danışıblar. Məlumat verilib ki, Prezident İlham Əliyevin ölkədə strateji kənd təsərrüfatı məhsullarının istehsalının artırılması ilə bağlı tövsiyə və tapşırıqlarına uyğun olaraq, bu il rayonda 9450 hektar sahədə pambıq becərilməsi nəzərdə tutulur. Artıq çiyid səpininə start verilib.

Seminarda əkin sahələrinin çiyid səpini üçün hazırlanması, pambıq əkinlərində suvarma rejimi, pambıq bitkisinin zərərvericilərinə qarşı mübarizə tədbirləri, becərmə texnologiyası, aqrotexniki xidmət barədə tədbir iştirakçılarına məlumat verilib.

Seminarda fermerləri maraqlandıran suallar cavablandırılıb, onların təklifləri dinlənilib. Tədbir iştirakçılarına Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun hazırladığı yeni pambıq sortları və mütərəqqi becərmə texnologiyalarına dair bukletlər paylanıb.

Sonra sahələrə çiyid səpilib, torpağa herbisit verilib.