XAÇMAZ RAYONUNDA “İNTENSİV FERMA MODELİ ƏSASINDA İRİ HEYVANDARLIQ KOMPLEKSLƏRİNİN YARADILMASI” MÖVZUSUNDA ZONA MÜŞAVİRƏSİ KEÇİRİLƏCƏKDİR

Böyütmək | Kiçiltmək |

 

2018-ci il 19 aprel tarixində Xaçmaz rayonunda Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən və Xızı  rayonları üzrə "Kənd Təsərrüfatı Məhsullarının İstehsalı və Emalına dair Strateji Yol Xəritəsi"ndə nəzərdə tutulan Tədbirlər Planının 2.2.1 bəndinə uyğun “İntensiv ferma modeli əsasında iri heyvandarlıq komplekslərinin yaradılmasının təşviqi” və heyvandarlığa dair digər məsələlərlə əlaqədar olaraq heyvandarlıq məsulları istehsalının və idxalın əvəz edilməsi imkanlarının artırılması üçün istehsalın intensiv əsaslarla inkişaf etdirilməsi məqsədi ilə mütəxəssislərin, fermerlərin və ailə-kəndli təsərrüfatı sahiblərinin iştirakı ilə “İntensiv ferma modeli əsasında iri heyvandarlıq komplekslərinin yaradılması” mövzusunda zona müşavirəsi keçiriləcəkdir.

Müşavirədə süni mayalama mütəxəssisləri, iri heyvandarlıq komplekslərinin mütəxəssisləri və arıçılar iştirak edəcəklər.

Müşavirədə iştirak etmək istəyənlər Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlığın inkişafı şöbəsinə (012-498-64-91), Xaçmaz rayon Kənd Təsərrüfatı İdarəsinə (050-376-84-56) həmçinin Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı mərkəzinə” (1652) müraciət edə bilərlər.