FERMERLƏR MƏHSULDARLIĞI YÜKSƏLTMƏK ÜÇÜN AQRAR MƏSLƏHƏT XİDMƏTİNİN TÖVSİYƏLƏRİNDƏN YARARLANA BİLƏRLƏR

Böyütmək | Kiçiltmək |

 

FERMERLƏR MƏHSULDARLIĞI YÜKSƏLTMƏK ÜÇÜN AQRAR MƏSLƏHƏT XİDMƏTİNİN TÖVSİYƏLƏRİNDƏN YARARLANA BİLƏRLƏR
Fevral ayından Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) nəzdində fəaliyyətə başlayan Aqrar Məsləhət Xidməti (AMX) torpaq və bitki analizlərini həyata keçirən müasir laboratoriyalara, xəstəlik və digər patologiyaların diaqnostikasını yüksək dəqiqliklə yerinə yetirən bitki və baytarlıq klinikalarına və yenilənmiş maşın-traktor parkına malikdir.

Fermerlər aqrar sahənin inkişafında vacib rol oynayan iqtisadiyyatyönümlü xidmətlərdən (aqrar sığorta, biznes planlaşdırma, mühasibatlıq və s.) yararlanmaq üçün AMX-yə müraciət edə bilərlər.

FERMERLƏR MƏHSULDARLIĞI YÜKSƏLTMƏK ÜÇÜN AQRAR MƏSLƏHƏT XİDMƏTİNİN TÖVSİYƏLƏRİNDƏN YARARLANA BİLƏRLƏRAMX-nin komandası universitetin gənc və qabaqcıl müəllimlərindən təşkil olunub, onlar mütəmadi olaraq xarici ölkələrdə təkmilləşdirmə kurslarına cəlb edilir.

Qısa müddətdə həm fermerlər ADAU-ya dəvət olunaraq elmi-praktik seminarlar keçirilib, həm də məsləhət xidmətinin mütəxəssisləri rayonlarda fermerlərin problemləri ilə yaxından tanış olub, laboratoriya analizləri (torpaq, bitki, xəstəlik,    zərərverici, alaq, baytarlıq, biotexnoloji və s.) aparıb və dəqiq diaqnoz qoyaraq fermerlərə problemlərin həlli yollarını tövsiyə ediblər.

AMX-nin hədəfi Azərbaycanda kənd təsərrüfatı məhsulları istehsalının dəyər zəncirinə daxil olan bütün həlqələr üzrə (istehsal, emal, logistika, marketinq) sahibkarlara keyfiyyətli və əlçatan məsləhət xidmətləri təklif etməkdir.