ÇİN XALQ RESPUBLİKASINDAN ÖLKƏMİZƏ 7 MİN QUTU İPƏKQURDU TOXUMLARI (QRENA) GƏTİRİLİB

Böyütmək | Kiçiltmək |

 

ÇİN XALQ RESPUBLİKASINDAN ÖLKƏMİZƏ 7 MİN QUTU İPƏKQURDU TOXUMLARI (QRENA) GƏTİRİLİB
Ölkəmizdə qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən məqsədyönlü tədbirlər çərçivəsində kənd təsərrüfatının strateji əhəmiyyətli və iqtisadi cəhətdən səmərəli istehsal sahələrinin inkişaf etdirilməsi prioritet vəzifələrdən biri kimi müəyyən edilib.

Azərbaycanda ipəkçiliyin inkişaf etdirilməsi üçün böyük potensialın mövcud olduğunu nəzərə alaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu sahənin inkişafı ilə bağlı tapşırıqlarına uyğun olaraq respublikada ipəkçiliyin müasir infrastrukturunun yaradılması, baramaçılığın yem bazasının formalaşdırılması, barama toxumçuluğunun təşkili istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.

ÇİN XALQ RESPUBLİKASINDAN ÖLKƏMİZƏ 7 MİN QUTU İPƏKQURDU TOXUMLARI (QRENA) GƏTİRİLİB
Ölkə Prezidentinin tapşırıqlarına uyğun olaraq Kənd Təsərrüfatı Nazirliyi tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində 2017-ci ildə ölkədə 245 ton yaş barama məhsulu istehsal edilib.

Azərbaycan Respublikası Prezidentinin “İpəkçiliyin və fındıqçılığın inkişafına dövlət dəstəyinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2016-cı il 16 noyabr tarixli 2442 nömrəli Sərəncamına uyğun olaraq Kənd Təsərrüfatı Nazirliyi tərəfindən 2016-cı ildə tender müqaviləsi əsasında Çin Xalq Pespublikasından 1,5 milyon ədəd, 2017-ci il 29 noyabr tarixində isə 1 milyon ədəd tut tingləri tədarük edilmiş, bölgü əsasında əvəzi ödənilmədən 37 baramaçılıq rayonlarına paylanılmış və bu rayonların ərazilərində yeni intensiv tipli tut (çəkil) bağlarının salınması təmin edilib.

ÇİN XALQ RESPUBLİKASINDAN ÖLKƏMİZƏ 7 MİN QUTU İPƏKQURDU TOXUMLARI (QRENA) GƏTİRİLİB
Həyata keçirilmiş tədbirlərin davamı olaraq Kənd Təsərrüfatı Nazirliyi tərəfindən tender müqaviləsi əsasında Çin Xalq Respublikasından iki mərhələdə 13000 (on üç min) qutu qutu yüksək keyfiyyətli hibridipəkqurdu sənaye toxumları (qrena) alınaraq aran, dağlıq və dağətəyi rayonlar nəzərə alınaraq 2 mərhələdə respublikamıza gətirilməsi nəzərdə tutulub. Aprel ayının 17-də ilkin mərhələdə  7000 (yeddi min) qutu yüksək keyfiyyətli hibridipəkqurdu sənaye toxumları (qrena) alınaraq respublikaya gətirilib və inkubasiya qoyulması üçün Qax Damazlıq İpəkçilik Stansiyasına yola salınıb. Qax Damazlıq İpəkçilik Stansiyasında inkubasiyaya qoyulmuş barama toxumlarından əldə olunacaq ipək qurdlarının bölgü əsasında respublikanın 40 rayonunun kümçülərinə əvəzi ödənilmədən paylanılması nəzərdə tutulub. Aprel ayının 24-də isə ikinci mərhələdə daha 6000 (altı min) ÇİN XALQ RESPUBLİKASINDAN ÖLKƏMİZƏ 7 MİN QUTU İPƏKQURDU TOXUMLARI (QRENA) GƏTİRİLİBqutu hibridipəkqurdu sənaye toxumları (qrena) gətirilərək kümçülərə əvəzi ödənilmədən paylanılacaqdır.

Qeyd edək ki, dövlət istehsal olunmuş yaş baramanın növündən asılı olmayaraq hər kiloqramına 5 manat subsidiya verir.

Bununla yanaşı, ölkəmizdə ipəkçiliyin inkişafının təmin edilməsində barama toxumçuluğunun təşkili üzrə infrastrukturun yaradılmasının xüsusi əhəmiyyətini nəzərə alaraq, toxum zavodlarınının və kümçülərin damazlıq barama toxumları ilə təmin ediıməsi funksiyalarını həyata keçirəcək Qax Damazlıq İpəkçilik Stansiyası müasir standartlara uyğun şəkildə yenidən qurularaq bu il istifadəyə veriləcəkdir.