QAX DAMAZLIQ İPƏKÇİLİK STANSİYASINDA İLKİN MƏRHƏLƏDƏ 7 MİN QUTU İPƏKQURDU TOXUMU İNKUBASIYAYA QOYULUB

Böyütmək | Kiçiltmək |

 

QAX DAMAZLIQ İPƏKÇİLİK STANSİYASINDA İLKİN MƏRHƏLƏDƏ 7 MİN QUTU İPƏKQURDU TOXUMU İNKUBASIYAYA QOYULUB Kənd Təsərrüfatı Nazirliyi tərəfindən tender müqaviləsi əsasında Çin Xalq Respublikasından alınan 7 min qutu yüksək keyfiyyətli hibrid ipəkqurdu sənaye toxumları (qrena) aprelin 17-də axşam saatlarında Qax Damazlıq İpəkçilik Stansiyasına gətirilərək inkubasiyaya qoyulub.

Qax Damazlıq İpəkçilik Stansiyasında inkubasiyaya qoyulmuş ipəkqurdu toxumlarından əldə olunacaq ipək qurdlarının bölgü əsasında respublikanın 38 rayonunun kümçülərinə əvəzi ödənilmədən paylanılması nəzərdə tutulub. Stansiyanın direktoru Əkrəm Fətəliyevin

QAX DAMAZLIQ İPƏKÇİLİK STANSİYASINDA İLKİN MƏRHƏLƏDƏ 7 MİN QUTU İPƏKQURDU TOXUMU İNKUBASIYAYA QOYULUB

bildirdiyinə görə, birinci mərhələdə inkubasiyaya qoyulan 7 min qutu ipəkqurdu toxumları Aran bölgəsinin rayonları üçün nəzərdə tutulub. İnkubasiya müddəti başa çatdıqdan sonra əldə olunacaq ipək qurdları aprelin 27-28-də Aran bölgəsinin 23 rayonunun, həmçinin Qax rayonunun kümçülərinə paylanılacaq.

Aprelin 24-də ikinci mərhələdə Çindən ölkəmizə gətiriləcək daha 6 min qutu ipəkqurdu toxumları da stansiyada inkubasiyaya qoyulacaq. Bu toxumlar isə dağlıq ərazidə yerləşən rayonların kümçüləri üçün nəzərdə tutulub.

Əkrəm Fətəliyev deyib ki, bölgüyə əsasən, Aran rayonları üzrə ən çox ipəkqurdu toxumu Zərdab rayonunun kümçülərinə QAX DAMAZLIQ İPƏKÇİLİK STANSİYASINDA İLKİN MƏRHƏLƏDƏ 7 MİN QUTU İPƏKQURDU TOXUMU İNKUBASIYAYA QOYULUBpaylanılacaq. Bu rayonun barama istehsalçıları cari mövsümdə 1300 qutu ipəkqurdu toxumu alacaqlar. Birinci mərhələdə Füzuli rayonunun kümçülərinə 832 qutu, Ağcabədi kümçülərinə 780 qutu, Bərdə və Kürdəmir kümçülərinə isə 520 qutu ipəkqurdu toxumu paylanılacaq. Dağlıq ərazidə yerləşən rayonlar üzrə Şəki, Zaqatala, Qax və Balakən kümçüləri daha çox ipəkqurdu toxumu alacaqlar. Stansiya direktoru bildirib ki, 2018-ci ildə ölkəmizdə barama istehsalının 500 tona çatdırılması nəzərdə tutulur.

QAX DAMAZLIQ İPƏKÇİLİK STANSİYASINDA İLKİN MƏRHƏLƏDƏ 7 MİN QUTU İPƏKQURDU TOXUMU İNKUBASIYAYA QOYULUBQeyd edək ki, hazırda Qax Damazlıq İpəkçilik Stansiyasının yenidən qurulması istiqamətində işlər sürətlə davam etdirilir. Stansiyanın yenidən qurulması Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında ipəkçiliyin maddi-texniki bazasının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında" 2017-ci il 19 may tarixli Sərəncamına uyğun olaraq həyata keçirilir. Sərəncama əsasən, Qax Damazlıq İpəkçilik Stansiyasının bərpası, əlavə istehsal sahələrinin yaradılması və ən müasir avadanlıqla təchiz olunması üçün Prezidentin ehtiyat fondundan 4,5 milyon manat vəsait ayrılıb. Stansiya müasir standartlara uyğun yenidən qurulduqdan sonra daha xaricdən ipəkqurdu toxumu gətirməyə ehtiyac qalmayacaq və bu işlər stansiyanın özündə təşkil olunacaq. Stansiyada hibrid və elit barama toxumları yetişdiriləcək.