İNAM KƏRİMOV 3 ƏSAS FƏALİYYƏT PRİNSİPLƏRİNİ AÇIQLADI: DÜZGÜN İDARƏÇİLİK, KƏNDLİ VƏ FERMERLƏRƏ YAXINLIQ, İNNOVASIYALARIN TƏTBİQİ

Böyütmək | Kiçiltmək |

 

İNAM KƏRİMOV 3 ƏSAS FƏALİYYƏT PRİNSİPLƏRİNİ AÇIQLADI: DÜZGÜN İDARƏÇİLİK, KƏNDLİ VƏ FERMERLƏRƏ YAXINLIQ, İNNOVASIYALARIN TƏTBİQİYeni təyin olunmuş kənd təsərrüfatı  naziri  İnam Kərimov  nazirliyin kollektivinə təqdim olunarkən öz çıxışında 3 əsas fəaliyyət prinsiplərini açıqlayıb. 

Nazir fəaliyyət prinsiplərində düzgün və səmərəli idarəçilik (şəffaflıq, səmərəlilik, hesabatlılıq), kəndli və fermerlərə yaxınlıq, innovasiyaların tətbiqinin əsas götürüləcəyini qeyd edib.

Fermerlərin qarşılaşdıqları problemlərin araşdırılması və həlli yollarının tapılması, diqqət və qayğını artırmaqla onlara daha yaxın olmaq, innovasiyaların xüsusilə “Elektron Kənd Təsərrüfatı” layihəsinin tətbiqinin genişləndirilməsi istiqamətində tədbirlərin həyata keçiriləcəyini vurğulayıb.

Qeyd edək ki, İnam İmdad oğlu Kərimov kənd təsərrüfatı naziri vəzifəsinə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 aprel tarixli Sərəncamı ilə təyin edilib.