KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ FERMER VƏ SAHİBKARLAR ÜÇÜN TƏLİMLƏR KEÇİRİB

Böyütmək | Kiçiltmək |

21 may 2018-ci il tarixdə Füzuli və Beyləqan rayonlarında Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssisləri tərəfindən fermerlərin iştirakı ilə pambığın becərilməsi, aqrotexniki qulluq məqsədilə müxtəlif texnikalardan istifadə, zərərvericilərlə mübarizə tədbirlərinin aparılması, müxtəlif tərkibli pestisidlərdən istifadə qaydasının öyrədilməsi məqsədilə sahə nümayişi və təlimlər keçirilib.

Sahə nümayişlərində müxtəlif texniki vasitələrin istifadə qaydaları, onların  tənzimlənməsi mexanizatorlara əyani şəkildə göstərilib. Təlimlərdə fermerlərlə geniş müzakirələr aparılıb və onların sualları ətraflı şəkildə cavablandırılıb.