“AZƏRBAYCAN RESPUBLİKASI HÖKUMƏTİ İLƏ SERBİYA RESPUBLİKASI HÖKUMƏTİ ARASINDA BİTKİ KARANTİNİ VƏ MÜHAFİZƏSİ SAHƏSİNDƏ ƏMƏKDAŞLIQ HAQQINDA” SAZİŞ İMZALANIB

Böyütmək | Kiçiltmək |

 

 

Mayın 21-də geniş tərkibdə görüş başa çatandan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiçin iştirakı ilə sənədlərin imzalanması mərasimi olub.

“Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq haqqında” Sazişi Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri İnam Kərimov və Serbiya Respublikasının Baş nazirinin müavini, tikinti, nəqliyyat və infrastruktur üzrə nazir Zorana Mihayloviç imzaladılar.

“AZƏRBAYCAN RESPUBLİKASI HÖKUMƏTİ İLƏ SERBİYA RESPUBLİKASI HÖKUMƏTİ ARASINDA BİTKİ KARANTİNİ VƏ MÜHAFİZƏSİ SAHƏSİNDƏ ƏMƏKDAŞLIQ HAQQINDA” SAZİŞ İMZALANIB