FERMERLƏR ÜÇÜN MALİYYƏ SAVADLILIĞI MÖVZÜSUNDA  TƏLİMLƏR KEÇİRİLİR

Böyütmək | Kiçiltmək |

 

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti ölkənin regionlarında fermerlər və kənd təsərrüfatı məhsulları istehsal edən sahibkarlar üçün “Maliyyə savadlılığının artırılması” mövzusunda təlimlər keçirməyə başlayıb.

Təlimdə vurğulanıb ki, problemli kreditlərin yaranmasının əsas səbəbi istehsalçıların lazımi maliyyə savadına malik olmamalarıdır. Fermerlərdə uğurlu təsərrüfat yaratmaq bacarıqlarını inkişaf etdirmək üçün onların bu keyfiyyəti  vacibdir.

Bildirilib ki,  Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti həyata keçirdiyi bütün layihələrdə - qrant,  kredit, istərsə də investisiya layihələrində ilk növbədə fermerlərə maliyyə savadlılığını təbliğ edir.

“Maliyyə savadlılığının artırılması” təlimlərinin intensiv –  həftəlik olaraq bütün bölgələrdə keçirilməsinin daha bir səbəbi də fermerləri güzəştli kreditlərin verilməsinə hazırlaşdırmaqdır. Təlim iştirakçılarına büdcə, qənaət, borc alma və investisiya kimi əsas  maliyyə anlayışları barədə məlumatlar verilir, eləcə  real iqtisadi şərtlər əsasında qərar vermək bacarıqları aşılanır.  

İndiyədək Quba və Lənkəran rayonlarında belə təlimlər keçirilib. Növbəti “Maliyyə savadlılığı” təlimi iyunun 8-də Göygöl rayonunda keçiriləcək.

Təlimlərə giriş ödənişsiz və sərbəstdir.

FERMERLƏR ÜÇÜN MALİYYƏ SAVADLILIĞI MÖVZÜSUNDA  TƏLİMLƏR KEÇİRİLİR