ADAU-NUN REKTORU 500-DƏN YUXARI BAL TOPLAYAN ABİTURİYENTLƏRLƏ GÖRÜŞÜB

Böyütmək | Kiçiltmək |

           

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov ali təhsil müəssisələrinə keçirilən imtahanlarda Gəncə şəhəri üzrə 1-ci və 4-cü qruplar üzrə 500-dən yuxarı bal toplayan abituriyentlərlə görüşüb.

Rektor İbrahim Cəfərov Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin göstərişi əsasında 500 və daha çox bal toplayan, kənd təsərrüfatı yönümlü-torpaqşünaslıq və aqrokimya, aqronomluq, meşəçilik, zootexniklik, balıqçılıq və balıqçılıq təsərrüfatı işi, aqromühəndislik,  meliorasiya və su təsərrüfatı  tikintisi mühəndisliyi, şərabçılıq, bitki mühafizəsi, bağçılıq və tərəvəzçilik, su bioehtiyatları və akvabitkilər, ekologiya, baytarlıq və əczaçılıq ixtisaslarını seçən abituriyentlərə universitetin büdcədənkənar vəsaiti hesabına 200 manat əlavə təqaüd veriləcəyini bir daha diqqətə çatdırıb. Bildirib ki, aqraryönümlü ix­­tisasların hamısı dövlət sifarişlidir. Tələbələr yüksək təhsillə yanaşı müasir standartlara cavab verən tələbə evlərində yaşayış yerləri ilə də təmin olunurlar.

Rektor İ. Cəfərov ölkə başçısının aqrar sahəyə və aqrar təhsilə diqqəti və qayğı nəticəsində Azərbaycan Dövlət Aqrar Uni­ver­­si­tetinin maddi-texniki bazasının ən müasir standartlara uyğun yenidən qurulması, iki tələbə evinin gənclərin istifadəsinə veriliməsi, universitetin müasir laboratoriyalar və avadanlıqlarla təchiz olunması barədə danışıb.  Əlavə edib ki, aqrar sahəyə savadlı kadr hazırlamaq üçün universitetdə hər bir şərait və tam şəffaf mühit mövcuddur.

Çıxışının sonunda rektor qəbul imtahanlarında yüksək nəticə əldə edən abituriyentləri təbrik edib, onlara uğurlar arzulayıb, ixtisas seçimi zamanı reallıqlardan səmərəli və düzgün bəhrələnməyə çağırıb.

Görüşdə çıxış edən məktəb direktorları, müəllimlər, valideynlər və yüksək nəticə əldə edən abituriyentlər aqrar təhsilə diqqət və qayğısına görə Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər. 

ADAU-NUN REKTORU 500-DƏN YUXARI BAL TOPLAYAN ABİTURİYENTLƏRLƏ GÖRÜŞÜB
ADAU-NUN REKTORU 500-DƏN YUXARI BAL TOPLAYAN ABİTURİYENTLƏRLƏ GÖRÜŞÜBADAU-NUN REKTORU 500-DƏN YUXARI BAL TOPLAYAN ABİTURİYENTLƏRLƏ GÖRÜŞÜBADAU-NUN REKTORU 500-DƏN YUXARI BAL TOPLAYAN ABİTURİYENTLƏRLƏ GÖRÜŞÜB