21 RAYONDA FƏALİYYƏT GÖSTƏRƏN 17 MİNDƏN ÇOX PAMBIQÇI FERMER TƏLİMATLANDIRILIR

Böyütmək | Kiçiltmək |

Kənd Təsərrüfatı Nazirliyi tərəfindən fermerlərin bitki mühafizə vasitələrindən istifadə qaydaları ilə bağlı məlumatlandırılma tədbirləri ardıcıl şəkildə davam etdirilir. Növbəti təlim iyunun 25-də Saatlı və Sabirabad rayonlarında keçirilib. Bu çərçivədə Nazirliyin elmi-tədiqat institutlarının, bitki mühafizə mərkəzlərinin və rayon idarələrinin mütəxəssisləri ilə yanaşı əsas pambıq istehsalçıları olan şirkətlərin mütəxəssislərindən ibarət 365 nəfərdən ibarət təlimatçı qrup formalaşdırılıb. Həmçinin mütəxəssislər tərəfindən “Pambıqçılıqda pestisidlərdən istifadə zamanı texniki təhlükəsizlik qaydaları” mövzusunda təlimatlandırılma materialı hazırlanaraq 18 min nüsxə buklet formasında çap edilib.

Qeyd edək ki, bu tədbir 21 pambıqçılıq rayonunda hər bir kənd üzrə olmaqla 17,3 min nəfər fermeri əhatə edəcək.

Həmçinin Kənd Təsərrüfatı Nazirliyi tərəfindən bu mövzuda təlimatlandırma tədbirləri digər sahələrdə fəaliyyət göstərən fermerləri də əhatə etməklə bütün rayonlarda davam etdiriləcək.