KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ MEDİA NÜMAYƏNDƏLƏRİ ÜÇÜN İNFOTUR TƏŞKİL EDİB

Böyütmək | Kiçiltmək |

Jurnalistlər infotur çərçivəsində 6 şəhər və rayonda aqrar sektorun aparıcı sahələri ilə tanış olmaq fürsəti əldə ediblər

Kənd Təsərrüfatı Nazirliyi media nümayəndələri üçün infotur təşkil edib. Layihənin həyata keçirilməsində məqsəd jurnalistləri aqrar sektorun müxtəlif sahələri ilə praktik olaraq tanış etmək, media təmsilçilərinin fermerlərlə birbaşa əlaqə qurmasına şərait yaratmaqdır. Ölkədə kənd təsərrüfatının mövcud durumu, aparılan islahatlar, görüləcək işlər barədə media təmsilçilərini məlumatlandırmaq üçün xüsusi təlim proqramları keçirilməsi də nəzərdə tutulur.

İnfotur iştirakçıları layihə çərçivəsində Oğuz, Şəki, Qax, Gəncə, Göygöl və Ucarda fermer təsərrüfatlarına, emal müəssisələrinə baş çəkiblər. Jurnalistlər Oğuzda tütünçülük sahəsiilə tanış olub, Əkinçilik Elmi Tədqiqat İnstitutunun Şəki dayaq məntəqəsində mövcud buğda sortları və onların xüsusiyyətləri haqqında təlim-təqdimatda iştirak edib, “Şəki-İpək” Açıq Səhmdar Cəmiyyətində yaş baramanın qəbulu, strateji məhsul sayılan ipək məhsulunun istehsal mərhələləri ilə praktik tanış olublar. Qax rayonunda isə Azərbaycan Arıçılar Assosiasiyasının prezidenti Bədrəddin Həsrətov ölkədə arıçılığın inkişafına dair görülən işlər, bu sahədə mövcud problemlər barədə jurnalistləri məlumatlandırıb. Media təmsilçiləri Qax rayonunda yerləşən və Cənubi Qafqazda nadir sayılan arıçılıq təsərrüfatı ilə tanış olmaq fürsəti əldə ediblər.

İnfotur layihəsinin ikinci günündə Azərbaycan Aqrar Universitetində jurnalistlərə “Kənd Təsərrüfatı Nazirliyinin səlahiyyət və vəzifələri” mövzusunda təlimlər keçirilib. Jurnalistlər universitetin maddi-texniki bazası, o cümlədən tələbə evləri, müasir heyvandarlıq kompleksi, maşın-traktor parkı, istixanaları, quşçuluq tədris mərkəzi, baytarlıq və bitki klinikaları, kitabxana, təlim mərkəzləri, torpaqşünaslıq və aqrokimya laboratoriyası ilə tanış olmaq imkanı qazanıblar. Universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov aqrar təhsilə dövlət dəstəyi, aqrar mütəxəssislərə ehtiyacın ödənilmə səviyyəsində ADAU-nun rolu, aparıcı müəssisələrlə əməkdaşlıq əlaqələri, təhsil proqramlarının yenilənməsi istiqamətində həyata keçirilən tədbirlərdən danışıb. Görülmüş işlərin təbliğində medianın əhəmiyyətini qeyd edən rektor bu kimi turların universitet-media əlaqələrinin genişləndirilməsinə, aqrar təhsilin inkişafına mühüm töhfələr verdiyini qeyd edib.

Daha sonra infotur iştirakçıları Göygöl rayonunda fəaliyyət göstərən Respublika Süni Mayalanma Mərkəzinin fəaliyyəti ilə tanış olublar. Respublika Süni Mayalanma Mərkəzi ölkədə qaramalın çoxaldılması üçün damazlıq materialına olan tələbatı tam qarşılamaq məqsədilə yaradılıb. 3,26 hektar ərazidə yerləşən mərkəzdə enerji təchizatı obyektləri, su hovuzları və nasosxana, kanalizasiya şəbəkəsi, yanğınsöndürmə sistemi, kənd təsərrüfatı texnikalarının saxlanması üçün qaraj, silos anbarı və digər yardımçı binalar yerləşir. Mərkəzin kompleksinə üçmərtəbəli inzibati-laboratoriya binası, tövlə, yem anbarı və yemhazırlama sahəsi, baytarlıq klinikası, karantin məntəqəsi daxildir. Respublika Süni Mayalanma Mərkəzi ilə paralel olaraq ölkədə 12 regional süni mayalanma məntəqəsi yaradılıb. Layihə iştirakçılarına  süni mayalanmaya cəlb olunan heyvanların və doğulan buzovların sayı, dövlət tərəfindən bu sahəyə ayrılan subsidiyaların həcmi barədə məlumat verilib.

Jurnalistlər infotur çərçivəsində Ucarda inşa olunan pambıq emalı zavodunun tikinti işləri ilə də tanış olublar.

Nazirlik bu cür infoturları davam etdirməyi nəzərdə tutur.