QOBUSTANDA FİTOSANİTAR VƏZİYYƏTİN ÖYRƏNİLMƏSİ MƏQSƏDİ İLƏ REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB

Böyütmək | Kiçiltmək |

 

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Xidməti tərəfindən Qobustan rayonunda “Dağlıq Şirvan bölgəsində fitosanitar vəziyyət, taxıl bitkilərinə ziyan vuran orqanizmlər əleyhinə mübarizənin səmərəliliyinin artırılması və pestisidlərin tətbiqi zamanı qarşıya çıxan problemlər” mövzusunda regional müşavirə keçirilib.

Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov müşavirəni açaraq, 2018-ci ildə rayonda kənd təsərrüfatının inkişafı sahəsində qazanılan nailiyyətlər barədə məlumat verib.

Dövlət Fitosanitar Xidmətinin rəisi Ələddin Eyvazov “Xüsusi təhlükəli və yüksək risk dərəcəsi yaradan orqanizmlərə qarşı mübarizə tədbirlərinin gücləndirilməsi və fitosanitar vəziyyətin təhlili” mövzusunda çıxış edib.

Xidmət rəisi deyib ki, FAO-nun illik hesabatlarına əsasən, hər il zərərli orqanizmlərin təsirindən dünyada 35-40% məhsul itkisi baş verir ki, bu itki aclıq çəkən Afrika ölkələrinin tamamilə kənd təsərrüfatı məhsulları və ərzaqla tam təmin olunması deməkdir: “Hər bir təsərrüfat subyektinin, eləcə də fermerin qarşıya qoymuş olduğu əsas məsələ yüksək məhsul əldə edlməsinə yönəlmiş innovativ texnologiyaların tətbiqi ilə yanaşı, zərərverici və xəstəliklərlə mübarizənin düzgün təşkil edilməsindən ibarətdir. Bunun üçün əvvəlcədən kompleks tədbirlər sisteminin və bu tədbirlər sisteminin tərkib hissəsi olan müasir dövrün əsas mübarizə forması - inteqrir mübarizənin taxıl  bitkilərinə xas texnoloji xəritəsinin işlənib hazırlanmasıdır. Bu zaman zərərli orqanizmlərin fenologiyası ilə mədəni bitkinin inkişaf fenologiyası və aqrometeroloji parametrlərin düzgün uzlaşdırılması mütləqdir”.

Ə.Eyvazov qeyd edib ki, taxıl əkinlərinə əsasən xüsusi təhlükəli zərərvericilərdən siçanabənzər gəmiricilər, eləcə də  taxıl  böcəyi, məftil qurdları daha çox ziyan vurur: “Cari ilin 9 ayı ərzində Qobustan rayonu üzrə zərərverici və xəstəliklərin yayılma arealını müəyyənləşdirmək məqsədi ilə 119702 hektar sahədə müşahidələr aparılıb, 43833 hektarda mübarizə işləri həyata keçirilib. Bunun da 16653 hektarında aparılan mübarizə işləri büdcə vəsaitinin hesabına olub. Qobustan rayonunda karantin və xüsusi təhlükəli zərərvericilərdən   siçanabənzər gəmiricilərə qarşı 22051 hektar sahədə (16653 hektar büdcə vəsaiti hesabına), taxıl böcəyinə qarşı 650 hektar sahədə mübarizə işləri aparılıb.

Payızlıq taxıllarda toxumun dərmanlanmasının ən önəmli fitosanitar tədbirlərdən olduğunu diqqətə çatdıran Dövlət Xidmətinin rəisi qeyd edib ki, Respublikada cari ildə 67880 ton dənli bitki toxumları dərmanlanıb: “Dərmanlama işlərində Selest Top (Tiometoksam +Defenokonazol+Fludioksanil) 1,5-2, Rubin-2 (Tebukonazole)- 0,5, Konil DS (Dikonazole)-1,5, Tebu-60 (Tebukonazole)-0,5 və s kimi yüksək effektliyə malik müasir preparatlardan istifadə edilir. Qobustanda cari ilin 9 ayı ərzində 1830 ton toxum dərmanlanıb”.

“Siçanabənzər gəmiricilər və onlar əleyhinə mübarizənin təşkili” mövzusunda çıxış edən Dövlət Xidmətinin rəis müavini Yaqub Cəfərov bildirib ki, dövlət fond torpaqlarında fitosanitar balansın pozulmasında siçanabənzər gəmiricilər xüsusi rola malikdir: Y. Cəfərov diqqətə çatdırıb ki, Respublikamızda son illərdə  gəmiricilərə qarşı mübarizə məqsədi ilə sink fosfid (hər hektarda 75 qram), Garantex (0,5 kq/ha) və Brodifakum (3kq/ha) preparatları tətbiq olunur. ”.

 “Xəstəlik və zərərvericilər əleyhinə toxumların dərmanlanması zamanı səmərəliliyin artırılması yolları” mövzusunda çıxış edən Respublika Bitki Mühafizəsi Mərkəzinin mütəxəssisi Xoşqədəm Ələsgərova toxumların dərmanlamasının üstunlükləri və səmərəsi barədə məlumat verib.

X.Ələsgərova bildirib ki, dərmanlanmış toxumlar sayəsində itkisiz və güclü inkişafa malik  bitkilər əmələ gəldiyindən bütün bitkilərin məhsuldarlığı artır: “Kompleks şəkildə aparılmış dərmanlamalar nəticəsində hətta əlverişsiz şəraitdə belə toxumlarin yaxşı cücərtiləri əmələ gəlir. Düzgün seçilmiş preparatlar toxumun və cücərtilərin bəzi fizioloji proseslərinə təsir etdiyindən bitkinin inkişafını stimullaşdırır. Dərmanlanmış toxumlardan vaxtında cücərtilər alınır, cücərtilərin inkişafı ləngimir, güclü inkişaf etmiş bitkilər xəstəliklərə yoluxmur, stressə qarşı davamlı olur və nəticədə keyfiyyətli məhsul alınır. Toxum səpildikdən sonra torpaqda olan zərərli orqanizmlərin təsirinə məruz qalır. Dərmanlama toxumları  həm daxildən, həm də torpaq patogenlərindən qoruyur. Cücərtilərin kök çürümə xəstəliyi, eləcə də torpaq zərərvericiləri ilə zədələnməsini azaldır. Payızlıq əkinlərin soyuqa qarşı davamlılığı artır. Həmçinin, insektisidlərin və fungisidlərin səpin materialında olması, sonradan  torpağa verilir.

QOBUSTANDA FİTOSANİTAR VƏZİYYƏTİN ÖYRƏNİLMƏSİ MƏQSƏDİ İLƏ REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB
QOBUSTANDA FİTOSANİTAR VƏZİYYƏTİN ÖYRƏNİLMƏSİ MƏQSƏDİ İLƏ REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB

QOBUSTANDA FİTOSANİTAR VƏZİYYƏTİN ÖYRƏNİLMƏSİ MƏQSƏDİ İLƏ REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB
QOBUSTANDA FİTOSANİTAR VƏZİYYƏTİN ÖYRƏNİLMƏSİ MƏQSƏDİ İLƏ REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB
QOBUSTANDA FİTOSANİTAR VƏZİYYƏTİN ÖYRƏNİLMƏSİ MƏQSƏDİ İLƏ REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB