CARİ İLDƏ İSTEHSAL OLUNMUŞ TİNGLƏRİN APROBASİYASI DAVAM EDİR

Böyütmək | Kiçiltmək |

 

Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidməti tərəfindən həyata keçirilən işlərin əsas məqsədlərindən biri də  toxumluq əkinlərin qeydiyyatını aparmaq, toxum və tinglərə tarla nəzarətini (aprobasiyasını – sorttəmizliyini, bitkilərin sağlamlığını, sahənin alaqlanma dərəcəsini və s.), laboratoriya nəzarətini (sorttəmizliyi, toxumun təmizliyi, cücərməsi, təsərrüfat yararlılığı, sağlamlığı və s.) və sertifikatlaşdırılmasını həyata keçirməkdən ibarətdir.

Mövsüm ərzində Dövlət Xidməti və onun yerli qurumlarının mütəxəssisləri tərəfindən mütəmadi olaraq  toxum və ting  istehsalçılarına toxumluq əkinlərə aqrotexniki qulluğa dair (mineral gübrələrdən istifadə, alaqlara və xəstəliklərə qarşı mübarizə və s.)  müvafiq tövsiyələr verilib.  

2018-ci ildə 40 ha sahədə müxtəli tinglər (meyvə, üzüm, cay və s.) istehsal olunub. Hazırda Lənkəran rayonunda çay tingi istehsalı (1,95 ha) ilə məşğul olan 3 müəssisədən birinin 1,3 ha sahədə istehsal etdiyi 650 min çay tingi aprobasiya olunub. Aprobasiya zamanı müvafiq standartların tələblərini ödəməyən tinglərin 280 mini çıxdaş olunub, 370 mini isə sertifikatlaşdırılması üçün qeydiyyata alınıb. 

Hazırda cari ildə istehsal olunmuş tinglərinin aprobasiyası davam edir.

CARİ İLDƏ İSTEHSAL OLUNMUŞ TİNGLƏRİN APROBASİYASI DAVAM EDİR