DÖVLƏT SORT SINAQ MƏNTƏQLƏRİNDƏ PAYIZLIQ DƏNLİ BİTKİLƏRİN SINAQ MƏQSƏDİ İLƏ SƏPİNİ BAŞA ÇATIR

Böyütmək | Kiçiltmək |

 

Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin müxtəlf aqroekoloji bölgələri əhatə edən Dövlət Sort Sınaq Məntəqələrində (DSSM) payızlıq buğda və arpa sortlarına aid sınaq işləri üzrə təcrübələrin aparılmasına başlanılıb. Baş plana uyğun olaraq buğda və arpa bitkiləri üzrə sort sınaq işlərinin Gədəbəy, Qusar, İsmayıllı, Salyan, Ağdam və Naxçıvan DSSM-də aparılması nəzərdə tutulur. Gədəbəy, Qusar və İsmayıllı DSSM-də səpin işləri başa çatdırılıb. Belə ki, İsmayıllı DSSM-də 21 payızlıq yumşaq buğda, 10 payızlıq bərk buğda və 6 payızlıq arpa sortları üzrə həm Təsərrüfat Faydalı Sınaqlar (TFS), həm də Fərqlilik, Oxşarlıq Sabitlik (FOS) sınaqları, Gədəbəy və Qusar DSSM-də isə 16 yumşaq buğda sortu üzrə TFS sınaqlarına aid səpin işləri yerinə yetirilib. Noyabr ayının ortalarına qədər digər məntəqlərdə də sort-sınaq təcrübələrinin başa çatdırılması nəzərdə tutulur.

DÖVLƏT SORT SINAQ MƏNTƏQLƏRİNDƏ PAYIZLIQ DƏNLİ BİTKİLƏRİN SINAQ MƏQSƏDİ İLƏ SƏPİNİ BAŞA ÇATIR